Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 09:00

Texas məktəbində azı səkkiz nəfər güllələnib


ABŞ-dan alınan xəbərlərdə deyilir ki, Texas ştatında baş vermiş atışma nəticəsində əksəriyyəti tələbələr olmaqla 10 nəfər öldürülüb.

Harris nahiyəsinin şerifi Ed Gonzalez isə bildirib ki, mayın 18-də Sante Fe məkətbində atəş açılması nəticəsində 8-lə 10 arasında ölən var.

Bu da xəbər verilir ki, hadisə ilə bağlı iki nəfər saxlanıb.

Gonzalez deyib ki, məktəb hələ də cinayət səhnəsi sayılır. Onun sözlərinə görə məktəb və onun yataqxanası ətrafında potensial partladıcıların yeri müəyyənləşdirilib.

Məktəb tələbələri artıq evakuasiya olunub.

Atəş dərsin başlanğıcında, saat 8 radələrində açılıb.

Donald Trump hadisəni “ürəkağrıdan” adlandırıb.

"Mənim administrasiyam tələbələrimizin və məktəblərimizin təhlükəsizliyini, habelə silahların özlərinə və başqalarına ziyan vura biləcək şəxslərin əlinə keçməməsini təmin etmək üçün imkanında olan hər şeyi etmək əzmindədir”.

Santa Fedəki hadisə bu qəbildən olan ən son insidentdir. Bundan əvvəlı buna bənzər hadisə zamanı Florida məktəbində 17 tələbə və məktəb əməkdaşı öldürülmüşdü.

Floridada baş vermiş hadisənin ardınca ölkədə silahlara nəzarət və silah gəzdirmək hüququ ətrafında qızğın debatlar başlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG