Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 16:49

Müxalifətdən təklif: 'Maskalar pulsuz paylansın'


Köhnə tikiş maşını ilə maska tikib pulsuz paylayan Çiçək xanım
Gözlə

No media source currently available

0:00 0:03:22 0:00

Köhnə tikiş maşını ilə maska tikib pulsuz paylayan Çiçək xanım

Sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, cərimələrin artırılmasını "Turan" agentliyinə dəyərləndirən deputat Fəzail Ağamalı deyib ki, bu addım vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə karantin qaydalarının pozulmasından çəkindirmək üçün atılıb. Onun sözlərinə görə, son vaxtlar ölkədə virusa yoluxmada olan artımlar məhz maska taxılmamasının, sosial məsafənin gözlənilməməsinin nəticəsidir:

F.Ağamalı
F.Ağamalı

"Minimum əməkhaqqı səviyyəsində..."

"Getdikcə yoluxanların sayı, ölüm sayı artır, sağalan isə azalır. İndi cərimələrin miqdarını bir az da artırdıq. Mənim yanaşmam isə bu idi ki, fiziki şəxslər minimum əməkhaqqı (250 manat) səviyyəsində, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 2000 manat həcmində cərimələnməlidirlər".

Deputatın fikrincə, sərnişin ictimai nəqliyyata maskasız mindiyinə görə daşıyıcı xəttin vəzifəli şəxsləri cavabdehlik daşımalıdır, marketlərdə monitorinqlər aparılmalıdır: "Fikrimcə, belə olsa, pandemiyanın radikal gedişini dayandırmaq olar. Gürcüstan məhz sərt karantin qaydalarının hesabına pandemiyanı dəf edə bildi".

"...Bu bəla o qədər də tez həyatımızdan çıxar"

Başqa bir deputat Sabir Hacıyev də mövzunu belə dəyərləndirib: "Bu cərimələr vətəndaşı cərimə etməkdən daha çox, koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin qaydalarını pozmaqdan çəkindirməyə hədəflənib".

Bakıda avtobuslarda maska taxmayanlar kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Onun da fikrincə, maska taxılmaması, sosial məsafənin gözlənilməməsi virusun yaşamasına səbəb olur: "Bu virus adi qaydada təbiətdə yaşaya bilmir. Təmaslar nə qədər az olarsa, virusdan qorunma qaydalarına əməl olunarsa, bu bəla o qədər də tez həyatımızdan çıxar. Amma yaxın, özü də kütləvi təmaslarla, karantin qaydalarını pozmaqla onun həyatımızda yaşamasının səbəbkarına çevrilirik".

Deputat əlavə edib ki, kim cərimə olunmaq istəmirsə, maska taxmalıdır.

"Bunu maarifləndirmə yolu ilə etmək lazım idi"

Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı da AzadlıqRadiosuna deyib ki, koronavirus pandemiyası ilə mübarizədə maska taxmağı, sosial məsafəni gözləməyi və gigiyena qaydalarına əməl olunmasını vacib sayır: "Amma belə pozuntulara qarşı mübarizədə yalnız cərimələrdən istifadə olunması o qədər də ağlabatan deyil".

Onun fikrincə, atılacaq əsas addımlardan biri maskaların qiymətinin simvolik olması, mümkün olarsa, pulsuz paylanmasıdır: "Maska taxılmasa və s. vacib məsələdir, amma bunu inzibati yollarla, cəzaların, cərimələrin sərtləşdirilməsi ilə yox, maarifləndirmə yolu ilə etmək lazım idi. Bu, daha əlverişli idi".

S.Həzi
S.Həzi

"Maskalar pulsuz paylansın"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi də hesab edir ki, insanları cərimələmək yox, pulsuz maska ilə təmin etmək və kütləvi testdən keçirmək lazımdır.


"Bizdə ictimai sifariş olsa da, testlər pulsuz keçirilmir (özəl qurumların testləri pulludur-red.), maskalar pulsuz paylanmır. Bunlar çox ciddi nöqsanlardır. Dünyanın bir çox ölkələri var ki, Azərbaycandan da kasıbdır, maliyyə ehtiyatları azdır, amma bu testləri pulsuz keçirir, maskaları pulsuz paylayırlar", - o, AzadlıqRadiosuna vurğulayıb.

Sədr müavininin sözlərinə görə, əgər pulsuz testlər kütləvi keçirildikdən və əhaliyə pulsuz maskalar paylandıqdan sonra qaydalara əməl etməyənlər olarsa, onları cəzalandırmaq olar: "İndiki halda belə şəxslərin maska almadıqlarına görə cəzalandırılmaları dövlət təbiətinə uyğun hərəkət deyil".

XS
SM
MD
LG