Keçid linkləri

2024, 30 May, Cümə axşamı, Bakı vaxtı 04:42

Test sistemi ləğv olunur?- Nazirin fikri


Mikayıl Cabbarov
Mikayıl Cabbarov

►“Gələcəkdə hazırkı sistem dəyişməlidir.

Yeni tədris sistemi ilə oxuyan məzunlarımız 3 ildən sonra məktəbi bitirirlər.Onların biliyini testlə qiymətləndirmək doğru deyil”.

Bu sözləri ANS-ə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov söyləyib. Nazirin fikrincə, biliklərin qiymətləndirilməsi fərqli sistem tələb edir.

Nazir bildirib ki, hazırda qiymətləndirmə standartları adlandırılan yeni layihə üzərində iş aparılır. Bu sistem Rusiyada da mövcuddur və vahid dövlət imtahanı adlandırılır:

"Burada diqqət yetirməli olduğumuz əsas məsələ isə insan faktorunun məhdud olmasıdır"

Nazir deyib ki, test sisteminin əsas üstün cəhəti insan faktorundan asılılığın minimal olmasıdır. Yəni qiymətləndirmə faktiki olaraq insan faktorundan asılı deyil:

"İstərdik ki, bir sıra zəruri məsələlər qiymətləndirmədə əks olunsun. Bunlar nitq, ritorika, yazı vərdişləri, düşünmək tərzini özündə əks etdirən sualların olmasıdır. Bunun üstünlüyü olduğu kimi çatışmayan cəhətləri də var. Dünyada mövcud olan sistemlərlə müqayisə etsək, başqa qiymətləndirmə sistemləri də mövcuddur".

__________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

Nazir oxu, nitq və yazılı fikir ifadə etmək vərdişlərini inkişaf etdirən bir sistem hazırlanması istiqamətində müzakirələr aparıldığını bildirib.

Oxşar fikrləri bir neçə gün öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədri Məleykə Abbaszadə də səsləndirmişdi.

Azərbaycanda test üsulu 1992-ci ildən tətbiq edilməyə başlanıb.

Buna da bax...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG