Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:42

'SpaceX' və 'Tesla' Trump-ın müsəlman qadağasına qarşı


Elon Musk-ın şirkətləri artıq ABŞ prezidenti Donald Trump-ın immiqrasiya siyasətinə etiraz edənlər sırasındadır. Vaşinqton ştatının federal məhkəməsinə təqdim edilmiş şikayəti dəstəkləyən 97 texnologiya şirkətinə əslən Cənubi Afrikadan olan biznes maqnatı Musk-ın «SpaceX» və «Tesla» şirkətləri artıq qoşulub.

ONLAR DA QADAĞAYA QARŞIDIRLAR

Şirkətlər Vaşinqton ştatının yeddi müsəlman ölkəsindən olan milyonlarla insanın taleyinə təsir edən qərara qarşı qaldırdığı məhkəmə iddiasını dəstəkləyirlər.

«Apple», «Facebook», «Google», «Microsoft», «Uber», «Reddit», «Netflix» və «Dropbox» kimi tanınmış texnologiya şirkətləri məhkəmə iddiasını imzalayıblar.

Hazırda dinləmələri Kaliforniyanın San-Fransisko federal məhkəməsində keçirilən sözügedən məhkəmə iddiası artıq Trump-ın məlum qərarının bloklanması ilə nəticələnib.

DAHA 29 ŞİRKƏT DƏSTƏKLƏYİR

«SpaceX» və «Tesla» iddianı ilk imzalamış şirkətlər arasında olmasalar da, «Tesla» sözçüsü mətbuata bildirib ki, «iddianı görən kimi təkid etdik ki, bizi də əlavə etsinlər».

Bundan öncə E.Musk Donald Trump-ın biznes müşavirləri şurasında iştirakından yararlanaraq, immiqrasiya ilə bağlı son qərara iradını bildirəcəyini demişdi.

«Tesla» və «SpaceX»lə birlikdə daha 29 şirkət iddianı dəstəkləyib. Onların arasında «Adobe», HP, «Bungie» və «Slack» də var. Bundan başqa, «Groupon» və «Pivotal software» də daxil olmaqla, başqa bir şirkətlər qrupu ayrıca məhkəmə iddiası qaldırıb.

«English First» Fondu, «Gun Owners of America», «Citizens United» və Mühafizəkar Hüquqi Müdafiə və Təhsil Fondu kimi sağ təmayüllü təşkilatlar immiqrasiyanın dəstəklənməsi məqsədilə məhkəməyə ayrıca iddia ilə müraciət ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG