Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 12:52

Terror təşkilatlarına qoşulanlar vətəndaşlıqdan məhrum edilsinmi?


Foto:arxiv

Terror təşkilatlarına qoşularaq İraq və Suriyada döyüşmüş azərbaycanlılar vətəndaşlıqdan məhrum edilsinmi?

APA xəbər agentliyinin məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İlqar Musayev sentyabrın 12-də deyib ki, terrorçu təşkilatlara qoşulmuş 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub.

Rəis müavininin dediyinə görə, terrorçu təşkiların tərkibində döyüşdüklərinə görə son bir ildə 151 nəfər vətəndaşlıqdan məhrum edilib.

Sülhəddin Əkbar, Bakı, 7 iyun 2013
Sülhəddin Əkbar, Bakı, 7 iyun 2013

Vaxtilə Mili Təhlükəsizlik Nazirinin müavini işləmiş Sülhəddin Əkbər isə hesab edir ki, hökumət özünün bu qəbildən olan vətəndaşları ilə sərt davranır:

“Qərb ölkələri də vətəndaşlıqdan məhrum edirlər. Amma bunu yerli əhaliyə qarşı deyil, kök etibarilə başqa ölkədən edənlərə qarşı edirlər. Azərbaycan vətəndaşlarına qarşı bunun etmək məncə, düzgün deyil. Terrorizmlə mübarizə daha kompleks yanaşma tələb edir”.

Sülhəddin Əkbər hesab edir ki, əslində hökumət bu cür adamları həmin terrorçu qruplara aparan səbəbləri yaxından öyrənib, toplu şəkildə yox, hər işə fərdi yanaşmalıdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İlqar Musayev isə ölkənin təhlükəsizlik məsələsinə toxunub, deyib ki,dünyanın müxtəlif yerlərində davam edən hərbi-siyasi qarşıdurmaların, terror fəaliyyətininnəticələri məsafələrdən asılı olmayaraq, Azərbaycanın da təhlükəsizliyinə təsir göstərir.

Belə şəxslərdən birinin vəkili olmuş Elman Osmanov AzadlıqRadiosuna deyib ki, onun müdafiə etdiyi şəxs peşman olub, könnüllü ölkəyə qayıtsa da ona 13 il iş kəsilib.

“Reuters” informasiya agentliyi sentyabrın 10-da xəbər yayıb ki, İraq hakimiyyəti İslam Dövləti qrupunun-İŞİD-in şübhəli döyüşçülərinin 1400-ə qədərəcnəbi arvad və uşağını saxlayır.

Saxlananların çoxunun Türkiyədən, qalanlarının Tacikistan, Azərbaycan və Rusiyadan olduğu bildirilir.

Azərbaycan hökuməti hələ ki, bu barədə hansısa açıqlama verməyib.

Bəs vətəndaşları terror təşkilatlarının toruna düşməkdən necə qorumaq olar?

Keçmiş MTN əməkdaşı Sülhəddin Əkbər isə hesab edir ki, terror təşkilatlarına qoşulanları cəzalandırmaq nəticə ilə mübarizə aparmaq deməkdir. Onun fikrincə,vətəndaşların belə təşkilatlara qoşulmasının qarşısını almaq mümkündür və bununçün məsələyə kompleks yanaşmaq lazımdır.

“Azərbaycanda təhsilin səviyyəsi, o cümlədən dini sahədə təhsilin səviyyəsi yüksəkdilməlidir. Dini, elmi maarifçilik gücləndirilməlidir. Sosial problemlər, xüsusilə də işsizliklə bağlı problemlər həll olunmalıdır. Azərbaycanın yeraltı, yerüstü sərvətlərindən hər bir azərbaycanlı yararlanmalıdır. Gənc azərbaycanlıda mənfi enerjinin yığışmasına səbəb olan nə varsa, aradan qaldırılmalıdır”.

Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ötən ilin iyununda AzadlıqRadiosuna müsahibəsində bildirmişdi ki, dövlət son illər İslam Dövləti qruplaşmasına qoşulanların sayını xeyli azalda bilib. Amma komitə sədri rəqəmləri açıqlamaqdan imtina etmişdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG