Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 06:10

Ter-Petrosyan seçicilərə: ‘Bu dəfə səhvə ixtiyarınız yoxdur...’


Levon Ter-Petrosyan
Levon Ter-Petrosyan

“Bu dəfə səhv etməyə ixtiyarınız yoxdur”

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 20 iyun parlament seçkisi ərəfəsində xalqa belə bir çağırış edib.

Ter-Petrosyan özünün Erməni Milli Konqresi partiyasının seçki siyahısına başçılıq edir.

Keçmiş prezident deyib ki, hazırda ölkə həlledici dilemma qarşısındadır: O dövlət stabilliyinin bərpası ilə böhranın daha da dərinləşməsi arasında seçim etməlidir.

Ter-Petrosyan əlavə edib ki, seçkiqabağı kampaniya qarşıduran radikal tərəflərin hələki ikinci variantı – böhranın dərinləşməsi variantını seçdiyini göstərir:

“Bu qüvvələrin gələcək barədə danışmağa sözləri yoxdur. Onların nikbin vədləri və gözəl proqramları əsl niyyətlərini gizlətmək və adamları aldatmaq üçün yalnız bir pərdədir. Onların əsl məqsədi hakimiyyəti nəyin bahasına olursa olsun ələ keçirib, inzibati, maliyyə, media və kriminal resurslardan istifadə etməklə opponentlərindən qisas almaqdır. Onlar hətta toqquşmalardan və vətəndaş müharibəsi başladacaqlarına dair hədələrdən də çəkinmirlər”.

Levon Ter-Petrosyan deyib ki, bu qüvvələrin dövlət maraqları barədə təsəvvürləri yoxdur:

“Bu isə o deməkdir ki, bu qüvvələrdən istəniləninə könüllü və ya məcburi səs verəcək vətəndaşlar ölkəmizdəki vəziyyətin daha da pisləşməsində iştirak edəcəklər. Mən sizin sağlam düşüncənizə və həlledici məqamlarda düzgün qərar qəbul etmək qabiliyyətinizə inanıram. Bu dəfə sizin səhv etmək ixtiyarınız yoxdur”.

Koçaryan “uzunmüddətli” sülhdən danışır

Bəzi ekspertlərin fikrincə bu seçkidə iqtidara əsas opponent olacaq Hayastan blokunun lideri, keçmiş prezident Robet Koçaryan da xalqa 12 günlük kampaniyanı yekunlaşdıran video ilə müraciət edib.

O deyib ki, son 13 ildə ilk dəfə ölkənin bir çox regionlarına baş çəkmək imkanı olub:

“Qonaqpərvərliyə və isti münasibətə görə çox sağ olun. Bu günlər ərzində mən minlərlə insanla əl tutub gözlərinə baxmışam. Gizlətmirəm, bilmək istəyirdim ki, adamlar ötən illər ərzində dəyişiblərmi? Sevinclə deməliyəm ki, dəyişməyiblər: Elə həmişəki kimi zəhmətsevər, şəri xeyirdən ayırmağı bacaran insanlardır”.

Paşinyan, yoxsa Koçaryan? Ermənistandan baxışlar
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

Azatutyun yazır ki, keçmiş prezident də 20 iyunun ölkənin həyatında taleyüklü gün olduğunu deyib:

“Bu gün Ermənistan vətəndaşları ləyaqətli sülhlə alçaldıcı rüsvayçılıq, firavan həyatla ümidsiz yoxsulluq arasında seçim etməlidirlər”.

Koçaryan ümid etdiyini bildirib ki, “adamlar bu dəfə aldanmayacaq, nadanlığı və şəri” rədd edəcəklər:

“Sizə çağırış edirəm! Gəlin evimiz Ermənistanı yenidən abad edək. Uzunmüddətli sülh əldə edək, yaralarımızı sağaldaq, qəhrəmanlarımızın xatirəsini əbədiləşdirək və onların igidliynə məna verək. İnanıram ki, səhv etməyəcəksiniz...”

XS
SM
MD
LG