Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 08:43

Daha 513 nəfər koronavirusa yoluxub


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 513 yeni yoluxma qeydə alınıb, 440 nəfər sağalıb və evə buraxılıb, 8 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 6-na olan məlumatında belə deyilir.

İndiyədək Azərbaycanda ümumilikdə 20 837 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 12 182 nəfərin sağaldığı, 258 nəfərin vəfat etdiyi, 8 397 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicə olunduğu deyilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə ə əlaqədar 6240, ötən müddət ərzində isə 522 773 test aparılığı deyilir.

Şərhlər

XS
SM
MD
LG