Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:02

Telman İsmayılov müflis oldu. Əmlakı satışa çıxarılır


Telman İsmayılov
Telman İsmayılov

Moskva vilayət arbitiraj məhkəməsi "Çerkizovsk" bazarının keçmiş sahibi, AST şirkətinin banisi biznesmen Telman İsmayılovun müflis olmasını tanıyıb və əmlakının satışa çıxarılmasına başlanmasını qərara alıb.

Bu barədə martın 9-da RİA Novosti məlumat yayıb.

Moskva vilayət arbitraj məhkəməsi hələ 2015-ci ilin dekabrında Telman İsmaylovun müflis olması barədə qərar çıxarmışdı.

Amma Apellyasiya məhkəməsi 2016-cı ilin martında “Banka Moskvı”-nın (hazırda-BM-Bank) şikayəti ilə bu qərarı ləğv eləmişdi.

AST şirkətinə nəzarət edən Telman İsmayılov 2009-cu ildə “Çerkizovsk” bazarındakı fəaliyyətinə görə hüquq-mühavizə orqanlarının böyük iddiaları ilə üzləşdi.

Sanitar nəzarəti idarəsi bazarda çoxsaylı pozuntular aşkar etdikdən sonra bazar bağlandı.

Buna da bax. Telman İsmayılov müflis elan edildi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG