Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:49

Telman İsmayılovu qətllərdə ittiham edib axtarışa verdilər


Telman İsmayılov (Arxiv)
Telman İsmayılov (Arxiv)

Rusiyada əslən Azərbacandan olan biznesmen Telman İsmayılovu 2 qətldə ittiham edirlər.

Kommersant yazır ki, Moskva məhkəməsi Rusiya İstintaq Komitəsinin hazırda xaricdə yaşayan T.İsmayılov haqda qiyabi həbs qərarı çıxarılması ilə bağlı müraciətinə "hə" deyib.

İddiaya görə, ötən ilin mayında öldürülən "Stroy-market" ticarət mərkəzinin sahibi Vladimir Savkin və "Lüblino-motors" şirkətinin sahibi Yuri Brılyovun qətlini T.İsmaylov və qardaşı Rafik İsmayılov sifariş ediblər, bundan ötrü Mehman Kərimov adlı killer tutublar.

İttihama görə, İsmayılov qardaşları Savkindən ticarət mərkəzini alsalar da, pulun hamısını verə bilməyiblər, maliyyə böhranında külli miqdarda ziyana düşdükləri üçün ona 5,5 milyon dollar borclu qalıblar, qətli də borcdan can qurtarmaq üçün sifariş ediblər.

İstintaq Komitəsi deyir ki, R.İsmayılov borc məsələsini müzakirə etmək üçün V.Savkini görüşə çağırıb, o da tək getməmək üçün Y.Brılyovu özüylə aparıb və M.Kərimov onların ikisini də öldürüb.

R.İsmayılov və M.Kərimov həbs olunublar. T.İsmayılovun vəkilləri isə qiyabi həbs qərarından şikayət veriblər.

Onlar hesab edirlər ki, M.Kərimova təzyiq olunub və ondan T.İsmayılova qarşı ifadə alınıb.

Buna da bax: Telman İsmayılovun “Praqa-AST” şirkəti də müflis oldu

Üzərində odlu silah yaraları olan Brılyov və Savkin meyitləri Moskva ətrafında yol kənarında saxladılmış Toyota Land Cruiser-də tapılmışdı.

İstintaq Komitəsi bildirir ki, M.Kərimov istintaqla əməkdaşlıq etmək qərarına gəlib və sifarişin İsmayılov qardaşlarından gəldiyini deyib.

T.İsmayılov Rusiyadan qaçandan sonra bir müddət Türkiyədə yaşayıb.

Amma onun İsrailə köçdüyü deyilir. O, RBK-ya müsahibəsində qiyabi həbs qərarını "boş şey" adlandırıb.

T.İsmayılovun vəkilləri bildirirlər ki, İstintaq Komitəsi qiyabi həbs ilə bağlı məhkəmə qərarı haqda nə onlara, nə də biznesmenin özünə məlumat verib.

İstintaq Komitəsi T.İsmaylovu axtarışa versə də, İnterpol onun axtarışına yalnız məhkəmənin qərarı qüvvəyə minəndən sonra başlaya bilər.

Biznesmenin qərardan şikayətinə noyabrın 15-də baxılacaq.

Buna da bax: SOCAR Mübariz Mənsimova 120 milyon borc verib

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG