ABŞ və Hollandiya hakimiyyətləri İsveçin “Telia” telefon şirkətinə qarşı irəli sürlülən iddiaları yoluna qoymaq üçün şirkətdən 1,4 milyard dollar təzminat ödəməyi təklif edib.
Söhbət şirkətin Özbəyistanda biznes qurmaq üçün milyonlarla dollar rüşvət verməsindən gedir.
Amerikalı prokurorlar şirkətin xaricdə fırıldaqçılığa yol verdiyini deyirlər.
“Telia” şirkəti qismən İsveç hökumətinə məxsusdur.
Nöqsanlara yol verdiyini etiraf edən şirkət, istintaqla əməkdaşlıq etdiyini deyir.
Şirkətin sədri Mari Erlinq (Marie Ehrling) cümə axşamı deyib ki, şirkət Özbəkistana girərkən qeyri-etik və qanunsuz hərəkətlərə yol verilib və cavabdehliyi tam üzərlərinə götürməyə hazırdırlar.
Amma o şirktə kəsilən cərimənin çox böyük olduğunu deyir.
Hollandiya prokurorluğunun rəsmiləri məsələni şərh etməkdən imtina ediblər.
ABŞ-ın maliyyə nazirliyi də məsələyəmünasibət bildirməyib.
Bu təklif, ABŞ hakimiyyətinin korrupsiya faktları ilə bağlı xaricdə nüvuzunu genişləndiriməsi yönündə ən böyük cəhdlərindən biridir.
ABŞ hakimiyyəti çoxdandır ki, “xaricdə korrupsiya əməlləri qanunu” çərçivəsində ölkədən kənarda fəaliyyət göstərən ABŞ şirkətlərini nəzarətdə saxlayır və sonradan korrupsiyada şübhəli bilinən xarici şirkətlər, müəssisələr və ABŞ-ın maliyyə sistemi ilə bağlı olan fiziki şəxsləri də hədəfləyib.
Bu təklif, Amsterdamda yerləşən “VimpelCom Ltd” şirkətinin ötən ilin febralında oxşar halla görə ABŞ və Hollandiya hakimiyyətinə ödəməyə razılaşdığı 795 milyon dollardan təxminən 2 dəfə çoxdur.
“VimpelCom” həmin vaxt Özbəyistan rəsmisinə 114 milyon dollardan artıq rüşvət verdiyini etiraf eləmişdir.
Məhkəmə sənədlərində onun keçmiş prezident İslam Kərimovun qohumu olduğu bildirilirdi.
İstintaqla ttanış olan mənbələrin sözlərinə görə, söhbətİslam Kərimovun böyük qızı Gulnara Kərimovadan gedir.
Amerikalı prokurorlar deyir ki, Rusiyanın “Mobile Telesystems PJSC” şirkəti də Özbəkistanda işləmək üçün rüşvət verib.
MTS-nin nümayəndəsi şirkətin istintaq çərçivəsindəABŞ-ın ədliyyə nazirliyi, habelə qiymətli kağızlar və birjalarla bağlı Komisiya ilə əməkdaşlıq etdiyini bildirir.
Ekspertlər deyir ki, ABŞ-ın Özbəyistanla bağlı istintaqa qarışmağa ona görə hüququ çatır ki, VimpelCom və MTS şirkətərinin Birləşmiş Ştatda qiymətli kağızları satılır.
O ki, qaldı “Telia” ya, bu şirkət hələ 10 il əvvəl qiymətli kağızlarını Nyu-Yorkdan çıxarıb, amma onun sazişləri nə vaxtsa ABŞ-ın maliyyə sistemi ilə bağlı olubsa ABŞ-ın nəzarəti, yoxlaması ilə üzləşə bilər.
Hollandiyalı prokurorluğu da bu ölkədə qeydiyyatdan keçmiş şirkətlər yolu ilə rüşvət verilməsi barədə şübhələr aşkar edildikdən sonra , ”VimpelCom” və “MTS”şirkətəri barədə ayrıca iş açıb.
Rüşvət ittihamı ilk olaraq 2012-ci ildə, İsveçrə hakimiyyəti Gulnara Karimovanın korrupsiyada şübhəli bilinməsini açıqlayanda peyda oldu.
ABŞ və Avropa hakimiyyətləri həmin vaxtdan bəri Gulnara Karimova ilə bu 3 telekominikasiya şirkəti arasında bağlılıq olmasını araşdırır.
İsveçrə prokurorluğu bu istintaq çərçivəsində təxminən 800 milyon İsveçrə frankı müsadirə edildiyini və istintaqın davam etdirildiyini bildirir.
Gulnara Karimovanın İsveçrə məhkəməsi tərəfindən təyin edilən vəkili Grégoire Mangeat onunla görüşə, heç bir əlaqə qura bilmədiyini deyir.
Bu korrupsiya qalmaqalına görə “Telia” şirkətinin bir neçə rəhbər nümayəndəsi istefa verməli olub.
Nəticədə 37,3 faizi hökumətin payına düşən şirkət xaricdə fəaliyyəti, genişlənməsini dayandırıb və Avroasiyadakı biznesini satışa çıxarmalı olub.
Şirkət bu regiondan çıxmaq üçün son aylar Nepalın telekommunikasiya provayderi olan “Ncell” və Tacikistan mobil rabita şəbəkəsinin operatoru “Tcell”-dəki paylarını satıb.
Qeyd edək ki, Avropanın nüfuzlu mobil telefon əməliyyatçılarından olan TeliaSonera şirkəti bu günlərdə elan edib ki, Azərbaycan da daxil olmaqla keçmiş sovet ərazisindəki 6 bazarı tərk edir.