Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:46

Telia-nın direktorları ‘Özbəkistan işinə’ görə məhkəmə qarşısına çıxarılıb


Telekomminikasiya nəhəngi Telia şirkətinin üç keçmiş rəhbəri Özbəkistanın keçmiş prezidenti İslam Karimovun qızının rüşvət işi ilə bağlı məhkəmə qarşısına çıxarılıb.

Şirkətin keçmiş icraçı direktoru Lars Nyberg və daha iki əməkdaş Gulnara Kaimovaya 350 milyon dollar rüşvət verməkdə ittiham olunurlar. Bunun müqabilində Özbəkistan hökuməti Telia şirkətini “himayə etməli idi.

Bu üç nəfərə qarşı cinayət işi ötən ilin sentyabrında qaldırılıb və bundan əvvəl şirkət korrupsiya üzrə məhkəmə işinə xitam verilməsi üçün 1 milyard dollar cərimə verməyə hazır idi.

İsveçin Stokholm şəhərində keçirilən məhkəmə dinləməsində Telia şirkətinin hazırkı direktoru Johan Dennilend ifadə verməli idi.

Bu məhkəmə işi üzrə qərar gələn ilin fevralında çıxarılmalıdır.

46 yaşlı Gulnara Karimova bir vaxtlar kübar xanım, geyim dizayneri, pop müğənnisi və Özbəkistanın BMT-dəki səfiri kimi tanınırdı.

Özbəkistanın baş prokuroru ötən il bildirmişdi ki, Karimovanın azadlığına məhdudiyyət qoyulub.

Karimova 2014-ci ildən bəri ev məhbusudur.

XS
SM
MD
LG