İsveç prokurorları Telia şirkətinin üç keçmiş meneceri barəsində korrupsiya ittihamı ilə cinayət işi açıblar.
Bundan bir gün əvvəl bu telekommunikasiya nəhəngi Özbəkistanda ödənmiş rüşvətlə bağlı çoxdan uzanan işə xitam verilməsi üçün məhkəmə qaydasında az qala 1 milyard dollar cərimə ödəməyə razılaşmışdı.
İsveçrə prokurorluğu sentyabrın 22-də bildirib ki, şirkətin keçmiş icraçı direktoru Lars Nyberg və daha iki menecer Cəbəllütariqdə yerləşən və Özbəkistanın keçmiş avtokrat prezidenti İslam Karimovun qızı Gulnaraya bağlı olan Takilant adlı şirkətə böyük məbləğlərdə rüşvət verməkdə şübhəli bilinirlər. Bu pulun müqabilində onlara Özbəkistanda mobil telefon xidməti üçün lisenziya verilməli idi.
Baş prokuror Gunnar Stetlerin bəyanatına görə ödəniçlərdən aydın olur ki, Telia Özbəkistan hakimiyyətinə lisenziya almaq müqavbilində “birbaşa rüşvət” verib.
O əlavə edib ki, Gulnara Karimova Özbəkistanda mobil telefon bazarına tam nəzarət edirdi.
Müttəhimlərin üçü də ittihamları rədd edir.
ABŞ-ın Manhattan sahə məhkəməsinin sentyabrın 21-də tərtib edilmiş sənədinə görə Telia şirkətinin cərimə ödəməyə razılıq verməsi ilə bir neçə beynəlxalq şirkət və Karimova arasında sövdələşmələrin uzun müddətdə araşdırılmasına nöqtə qoyulmalı idi.
Telia şirkəti bu iş üzrə məhkəməyə çıxmadan 550 milyon dollar cərimə ödəməyə razılıq vermişdi. Bunun yarısı ABŞ xəzinəsinə, digər yarısı isə Hollandiyaya gedəcək.
Bir vaxtlar TeliaSonera adı ilə tanınan Telia şirkəti ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının iddiası ilə paralel aparılan başqa bir mülki məhkəmə işinə xitam verilməsi üçün 460 milyon cəriməni ödəməyə razılıq verib.
Prokurorların Nyu York məhkəməsinə təqdim etdikləri sənəddə deyilir ki, məhkləmədən kənar razılaşma əsasında Telia şirkətinin Coscom adli firması Xaricdə Korrupsia Fəaliyyəti haqqında ABŞ federal qanununu pozduğunu etiraf edəcək.
Telia Özbəkistanda verdiyi rüşvətə görə cərimələnən yeganə beynəlxalq firma deyil.
Fevral ayında Hollandiyada mənzillənmiş VimpelCom adlı Rusiya şirkəti ABŞ məhkəməsində 795 milyon dollar cərimə ödəməyə razılaşıb.