Keçid linkləri

Təcili xəbərlər
2023, 01 İyun, Cümə axşamı, Bakı vaxtı 10:41

Telegram messenceri mühüm yenilik tətbiq edir


Telegram messencer xidməti istifadəçilərə öz telefon nömrələrini gizləmək imkanı verən yenilik edib.

Əvvəllər də mövcud olan “telefon nömrəsini heç kimə göstərmə” proqramı bir az da genişləndirilib.

Bundan sonra Telegram hesabının yaradılması zamanı istifadə edilmiş telefon nömrəsi istifadəçinin hətta kontaktlarında olan şəxslərdən də gizli saxlanacaq.

Əvvəllər belə bir variant yox idi.

Telegram bildirir ki, yeni variantın tətbiqi bu platformada ünsiyyət quran insanların təqiblərə məruz qalması ilə bağlıdır.

Telegram-ın bu barədə bəyanatında deyilir ki, “istifadəçilər öz rəylərini ifadə etmək və öz aralarında məxfi olaraq ünsiyyət qurmaq hüququna malikdirlər”.

Söhbət ilk növbədə Telegram-dakı çat qruplarından gedir. Telegram bildirir ki, bu yaxınlarda Honq Konqda keçirilən etiraz aksiyalarında fəallar məhz bu platformada ünsiyyət qururdular.

Telegram messencer xidməti Rusiyada rəsmən qadağan edilib. Buna səbəb Telegram rəhbərliyinin məlumatların şifrə açarlarını Federal Təhlükəsizlik Xidmətinə verməkdən imtina etməsi idi.

Qadağana baxmayaraq Telegram-dan Rusiyada istifadə olunması davam edir və istifadəçilərin arasında vəzifəli rəsmilər də var.

Telegram-ın yaradıcısı Pavel Durov deyib ki, onun messencer xidməti hətta hər hansı dövlətin qanunlarına uyğun olmadığı təqdirdə də istifadəçilərin sərbəst fikir bildirməsinə imkan yaradacaq.

XS
SM
MD
LG