Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:39

Rusiya Telegram-ın bloklanmasında Apple və Google-dan kömək istəyir


Rusiyada Telegram-ın bloklanmasına etiraz aksiyaları olub
Rusiyada Telegram-ın bloklanmasına etiraz aksiyaları olub

Rusiyanın dövlət telekommunikasiyalara nəzarət qurumu bildirib ki, o ölkədə Telegram mesajlaşma xidmətinin qadağanını həyata keçirmək üçün ABŞ-ın Apple şirkətindən dəstək istəyib.

Roskomnadzor-un mətbuat xidməti mayın 28-də bəyan edib ki, qurum Apple şirkətinə bu xüsusda məktub göndərib. Bu məktubda Apple şirkətindən öz istehsalı olan telefon və tabletlərdə Telegram üçün bildiriş siqnallarının bloklanması xahiş edilir. Belə bloklama Rusiyada Telegram-dan istifadəni daha da əngəlləyə bilərdi.

Rusiya Telegram xidmətini aprelin 16-dan qadağan edib. Buna səbəb Telegram şirkətinin Rusiyanın xüsusi xidmətlərinə şəxsi kommunikasiyalara giriş verməkldən imtina etməsi olub. Bundan başqa Rusiya Apple şirkətindən Telegram-ın bu ölkədə pulsuz yüklənməsini dayandırmağı xahiş edib.

Mayın 28-də TASS dövlət xəbər agentliyi xəbər verib ki, Roskomnadzor habelə Telegram-ın qadağanını həyata keçirmək üçün başqa bir Amerika texnologiya nəhəngi Google şirkətindən dəstək istəyib.

Rusiyanın Interfax xəbər agentliyinin yazdığına görə, Roskomnadzorun direktoru Aleksandr Zharov Apple şirkətinə bu ricanın yerinə yetirilməsi üçün bir ay vaxt verib. Zharov Apple şirkətinin bu ricanı rədd etdiyi təqdirdə ona qarşı hər hansı tədbirlərin görülüb-görülməyəcəyi barədə heç nə deməyib.

Telegram xidməti rusiyalı sahibkar Pavel Durov tərəfindən yaradılıb. Durov deyib ki, o, Rusiya xüsusi xidmətlərinin mesajlaşma sisteminə müdaxilə etməsinə qətiyyən yol verməyəcək.

Telegram istifadəçilərə 5 min nəfərədək qruplarla mətn, şəkil və video mübadiləsi etmək imkanı verir. Bu aplikasiya 2013-cü ildə yaradılandan bəri 200 milyon istifadəçi cəlb edib.

Roskomnadzor Telegram-ın bloklanmasına məhkəmənin qərarından dərhal sonra başlasa da, bu xidməti yalnız qismən - 15 və 30 faiz arasında məhdudlaşdıra bilib.

Zharov və başqa Rusiya rəsmiləri Telegram-ın bağlanmasını onunla əsaslandırırlar ki, guya bu xidmətdən dünya boyunca terror hücumlarının təşkili üçün istifadə edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG