Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:08

«Telegram» da belə getdi?


«Telegram»
«Telegram»

-

«Telegram» mobil telefonlarda ən etibarlı yazışma proqramı sayılır. Onun «məxfi çat» rejimində bütün yazışmalar tam şifrələnir. Bu yazışmalara yalnız istifadəçinin telefonundan girmək mümkündür. Məsafədən isə bu, qeyri-mümkün sayılırdı. Lakin Rusiyada iki müxalifətçi «Telegram»dakı hesablarının aprelin 29-da xüsusi xidmət orqanları tərəfindən məsafədən sındırıldığını bildiriblər. Axı bu, necə baş verib?

«Telegram»a girmək üçün mobil telefonuna gələn SMS kodu daxil etmək tələb olunur. Zərərçəkənlər Georgy Alburov və Oleg Kozlovsky isə başqa şey deyir. İddia edirlər ki, onların mobil operator şirkəti olan MTC hesabları ələ keçirmə əməliyyatından bilavasitə əvvəl, gecə qurbanların telefonunda interneti və SMS xidmətini bağlayıblar. Bu müddət ərzində naməlum şəxslər «Telegram»a girmək üçün göndərilən SMS kodu ələ keçirərək hesaba daxil olublar. Bundan sonra isə bütün yazışmaları köçürüblər.

Həmin müddətdə SMS xidməti sönülü olduğundan, Alburov və Kozlovsky hesablarının sındırıldığı barədə SMS-bildiriş də ala bilməyiblər. Yalnız səhər ayılanda, proqramın özündən xəbərdarlıq mesajı alıblar.

XÜSUSİ XİDMƏT ORQANLARININ İŞİDİR?

İndiyədək ən etibarlı yazışma proqramı sayılan «Telegram»la bağlı baş vermiş bu hadisə sosial şəbəkələrdə böyük rezonans doğurub. Hətta proqramın yaradıcısı Pavel Durov da məsələyə münasibət bildirib. O da müxalifətçilər kimi düşünür ki, qanunsuz müdaxilənin arxasında MTC-i qeyri-qanuni əməllərə vadar edən xüsusi xidmət orqanları durur: «Ancaq adətən belə hadisələr öz reputasiyasını vecinə almayan rejimlərdə, məsələn, Orta Asiya və Yaxın Şərq ölkələrində baş verirdi. İndi qəfildən Rusiyada da bunun şahidi olduq».

MTC barəsində deyilənləri təkzib edir.

Mobil telefon analitiki Eldar Murtazin isə deyir ki, mobil operatorlar CORM adlı xüsusi bir sistemə qoşulublar. Bu sistem də xüsusi xidmət orqanlarına imkan verir ki, operatorların iştirakı olmadan lazım olan informasiyanı ələ keçirsinlər. Bundan savayı, artıq neçə ildir ki, mobil şəbəkələrdəki boşluqlardan faydalanmaqla abonentin coğrafi koordinatları müəyyənləşdirilir. Daha sonra avtorizasiya kodunu ələ keçirməyə və ayrı-ayrı xidmətləri məsafədən söndürməyə imkan verən xüsusi haker metodundan istifadə olunur.

NAVALNY VƏKİL AXTARIR

Hazırda Korrupsiyaya qarşı Mübarizə Fondunun (Alburov məhz bu Fondda çalışır) təsisçisi Aleksei Navalny ABŞ-da MTC-ə qarşı kollektiv iddia qaldırmağa kömək edəcək vəkil axtarışındadır. MTC-in səhmlərinin alqı-satqısı Nyu-York birjasında həyata keçirilir. Alburov-la Kozlovsky isə MTC-i boykot kampaniyasına başlayıblar.

BƏS, BU CÜR MÜDAXİLƏDƏN NECƏ QORUNMALI?

«Telegram»ın qurucusu Pavel Durov «İkili avtorizasiya» qoşmağı məsləhət görür. Bu zaman proqrama daxil olmaq üçün təkcə SMS kod yox, həm də parol tələb olunur.

Durov özü ikili avtorizasiyadan istifadə edir. Hesabı isə xarici mobil operatorun telefon nömrəsinə bağlanıb. Bununla belə, istənilən halda həssas məsələləri «məxfi çat» bölümündə müzakirə etməyə üstünlük verir.

«WhatsApp»ın son versiyasında artıq bütün söhbətlər məxfi çatda aparılır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG