Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:46

Tələbələrin köçürülməsi başlayır


foto arxiv
foto arxiv

İyulun 5-dən başlayaraq tələbələrin ölkə və xaricdəki ali təhsil müəssisələrindən köçürülməsi və ya ixtisas dəyişməsinə başlanacaq.

Bu haqda Təhsil Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, sənədlərin qəbulu prosesi iyulun 20-dək davam edəcək.

Azərbaycanda tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

Tələblərə görə, Dövlət İmtahan Mərkəzin (DİM) keçirdiyi qəbul imtahanlarında tələbənin topladığı bal qəbulolunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində uyğun ixtisas üzrə minimal keçid balından az olmamalıdır.

Eləcə də, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM-in müəyyənləşdirdiyi eyni ixtisas qrupudaxilində olmalıdır. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Xatırlatma

Azərbaycanda tələbələrin köçürülməsi bundan əvvəl, 2018-ci il fevral ayında keçirilib.

Təhsil Nazirliyinin məlumatına görə, qış mövsümündə bakalavriatura və magistratura üzrə 1067 nəfərin köçürülmə üzrə sorğusu təsdiq olunub.

Bakalavriatura üzrə yerli ali təhsil müəssisələrindən 650, xaricdəki universitetlərdən 26, magistratura ilə bağlı 15,orta-ixtisas təhsilinə aid isə 186 nəfərin sorğusuna müsbət cavab verilib.

XS
SM
MD
LG