Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:19

ABŞ tələbələri şəxsi silahlara sərt nəzarət tələb edən aksiya keçiriblər


Vaşinqtonda martın 18-də keçirilmiş birinci etiraz aksiyası
Vaşinqtonda martın 18-də keçirilmiş birinci etiraz aksiyası

Son aylarda artıq ikinci dəfə Birləşmiş Ştatlar boyunca minlərlə tələbə auditoriyaları tərk edib.

Onlar bununla ötən fevralda Florida məktəbində baş vermiş atışma və başqa insidentlərə etiraz edərək şəxsi silahlar üzərində daha sərt nəzarətə çağırıblar.

Aprelin 20-də auditoriyaların tərk edilməsi Kolumbayn Ali Məktəbində törədilmiş qətliamın 19-cu ildönümünə təsadüf edib.

O vaxt Kolorado ştatında 12 tələbə və bir müəllim güllələnərək öldürülmüşdü.

Bu artıq Floridadakı Parklend Ali Məktəbində törədilmiş 14 fevral atışmasından bəri keçirilən ikinci etiraz aksiyasıdır. Bu hadisə zamanı bir silahlı 17 tələbəni və başqa adamları öldürmüşdü.

Təşkilatçılar bildiriblər ki, 20 aprel aksiyası zamanı 2600 tələbə auditoriyaları tərk edib.

Konnektikut ştatından olan etiraz təşkilatçısı Lane Murdock Reuters-ə deyib ki, onlar gənclərin enerji və qəzəbini faydalı bir işə yönəltmək qərarına gəlibnlıər.

Tələbələrin əlində olan plakatlardan birində yazılmışdı: “Mən silahlardan yox, imtahanlardan narahat olmalıyam”. Başqa bir plakatda isə deyilirdi: “Həvəsdir bəsdir”.

XS
SM
MD
LG