Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:40

Ali məktəblərdə 5 min yer boş qalıb


Məleykə Abbaszadə
Məleykə Abbaszadə

Ali təhsil müəssisələrinin plan yerlərinin 88.73 faizi dolub. Dövlət ali məktəbləri üzrə isə 91.5 faiz yerlər tutulub.

“Turan” agentliyinin məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəbul imtahanlarının yekunları barədə keçirdiyi mətbuat konfransında belə bildirib.

O, qeyd edib ki, birinci ixtisas qrupu üzrə 1693, ikinci ixtisas qrupu üzrə 2611, üçüncü ixtisas qrupu üzrə 248, dördüncü ixtisas qrupu üzrə 122, beşinci ixtisas qrupu üzrə isə 400 yer boş qalıb. Məleykə Abbaszadənin bildirdiyinə görə, boş qalmış plan yerlərinin sayı təxminən 5 min 74-dür.

“Boş qalan yerlərə bu gündən (avqustun 16-dan) qəbul elan ediləcək. Həmin yerlərə qəbul prosesi avqustun 20-dək davam edəcək”, deyə o vurğulayıb.

Boş yerlərə qəbulun şərtlərinə görə, ümumi balı 200-dən, dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər seçimdə iştirak edə bilərlər.

Azərbaycan Dövlət Aqrar Universitetinin, İlahiyyat İnstitunun bəzi ixtisasları üzrə boş qalan yerlərə isə ümumi balı 150-dən az olmayan abituriyentlər də idda edə bilərlər.

Məleykə Abbaszadə bu ilki imtahanlarda birinci ixtisas qrupunda 540, ikinci ixtisas qrupunda 490-dan yuxarı bal toplayan və ixtisas seçimi edən hər bir abituriyentin ali məktəbə qəbul olduğunu bildirirb.

Onun sözlərinə görə, 3-cü qrupda 500-540 arasında bal toplayan 21 nəfər ali məktəbə qəbul olmayıb.

Ən rəqabətli seçim dördüncü ixtisas qrupunda olub. Bu qrupda yalnız 610 baldan yüksək nəticə göstərən abituriyentlər ali məktəblərə qəbul olublar. Bu qrup üzrə 600-610 bal toplayan altı nəfər ali məktəbdən kənarda qalıb.

Xatırlatma

Dövlət imtahan Mərkəzi (DİM) dünən, avqustun 15-də 2018/2019-cu tədris ili üzrə tələbələrin ali təhsil müəssisələrinə qəbul edilməsinin nəticələrini elan edib.

DİM-in məlumatına görə, ali təhsil müəssisələrinin müsabiqəsində 44 min 772 abituriyent iştirak edib. Onlardan 39 min 900-dən çox şəxs ali təhsil müəssisələrinə qəbul olunub.

Tələbələrin təqribən 70 faizi ödənişli əsaslarla təhsil alacaq.

11 min 963 nəfərin dövlət sifarişi, 27 min 943 nəfərin isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə etdiyi bildirilir.

XS
SM
MD
LG