Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:27

Təqaüdlər də artır, təqaüd alan tələbələr də


Prezident İlham Əliyevfevralın 14-də ali məktəb tələbələrindən ötrü prezident təqaüdünün məbləğini artırıb. Bu məbləğ martın 1-dən 210 (iki yüz on) manat müəyyən edilib.

Əvvəl prezident təqaüdü 185 (yüz səksən beş) manat olub.

Doktorantlar və başqa tələbələr…

Prezident İlham Əliyev eyni zamanda doktorantlara, ali təhsil, orta ixtisas, peşə təhsili müəssisələrində və Milli Elmlər Akademiyasının (MEA) magistratura səviyyəsində təhsil alan tələbələrinin təqaüdlərinin artırılması ilə bağlı da sərəncam verib.

Yeni sərəncamla doktorantura pilləsində elmlər doktoru hazırlığı üzrə doktorantlara 300 manat verilməlidir.

Fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara 180 manat, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında adlı təqaüd alan tələbələrə isə 170 manat nəzərdə tutulur.

Magistratura səviyyəsi üzrə akademik göstəricilərdən asılı olaraq bu məbləğ 80 manatdan 145 manata qədər dəyişir. Təqaüdlər bakalavriat səviyyəsində 75-130 , orta ixtisas təhsili müəssisələrində isə 50-70 manat arasındadır.

Peşə təhsili müəssisələrinin tələbələrindən ötrü də bu 50 manat nəzərdə tutulub.

Bu dəyişiklik də 2019-cu il martın 1-dən qüvvəyə minir.

Təqaüd alan tələbələr də artacaq

Prezident İlham Əliyev “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” də sərəncam imzalayıb.

Sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 (on altı min) vahid artırılacaq.

Həmçinin, təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin edilməlidir.

Təhsil Nazirliyi rəsmilərinin bildirməsinə görə, prezidentin bu gün, fevralın 14-də verdiyi sərəncamlarla dövlət büdcəsinin vəsaiti hesabına 2019-cu ilin martın 1-dən təqaüdlər orta hesabla 20 faizə yaxın artacaq.

Son 15 ildə ölkədə təqaüd alan tələbələrin sayında azalma müşahidə edilirdi.

XS
SM
MD
LG