Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:56

Aydın Əliyev köhnə şin satanlara cavab verdi


Aydın Əliyev
Aydın Əliyev

Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Səfər Mehdiyev son günlər ölkəyə köhnə şin gətirənlərin gömrük rüsumunun qaldırılmasından narazılığına münasibət bildirib.

«Report»un xəbərinə görə, o təsdiq edib ki, bir köhnə təkərə (şinə) görə gömrük rüsumu 3 dollardan 10 dollara qaldırılıb.

«Ümumilikdə, 500-dən çox gömrük tarifləri dəyişdirilib, rüsumların 57 faizi dəyişməyib. Dəyişən tariflərin yalnız 7 faizi artırılıb», - S.Mehdiyev əlavə edib.

DGK rəsmisi işlənmiş şinlərə tətbiq edilən rüsumun artırılmasına qarşı keçirilən etiraz aksiyasına da münasibət bildirib:

«Ölkəyə cəmi 3 nəfər işlənmiş təkər gətirib, lakin mitinqə 150-200 nəfər yığışmışdı. Bu, uyğun gəlmir. Biz xalqımızın gələcəyini, balalarımızı düşünürük».

Sahibkarlar Prezident Aparatının önündə [Aksiya]
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

«3 avroluq təkəri burda 50 manata sata bilirsizsə…»

DGK sədri Aydın Əliyev isə şikayətçiləri dinlədiklərini qeyd edib:

«Qərar noyabrın 17-də dərc edilib və qüvvəyə minib. Həmin vaxtdan 3 nəfərin adına qeydiyyatda olan 6 maşın işlənmiş təkər gətirilib. Etiraz edən 100 nəfərdən sənədlərini və özünü təqdim etmələrini istədik, onlardan cəmi 11-i sənədini təqdim etdi. Qalan 89-u qaçdı. Onlar iddia edirlər ki, 3 avroya təkər alırlar, buna görə niyə 10 dollar rüsum ödəməlidirlər? Biz də deyirik ki, siz 3 avroluq təkəri burda 50 manata sata bilirsizsə, deməli, bu rüsumu da ödəyə bilərsiniz».

Təkər bazarında böhran: 'Nərd vururuq'
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Xatırlatma

Son həftələr 100-dən çox şəxs ən müxtəlif dövlət qurumlarının önündə aksiya keçirərək, işlənmiş şinə görə gömrük rüsumunun qaldırılmasına etiraz edirlər. Onlar deyirlər ki, əvvəllər bir konteynerə görə 15 min manat ödəyirdilərsə, indi onlardan 45 min manat istənilir.

İş adamlarının bildirməsinə görə, belədə bu biznes onlara sərf etmir. Əks halda isə, ölkədə işlənmiş təkərin qiyməti bahalaşacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG