Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 23:11

Tehranda neftayırma zavodu yanır


Tehranın cənubundakı dövlət neftayırma zavodlarından birində böyük yanğın başladığı xəbər verilir

Tehranın cənubundakı dövlət neftayırma zavodlarından birində böyük yanğın başladığı xəbər verilir.

İranın dövlət xəbər agentlikləri şəhərin üzərindən asılan qara tüstünü göstərən fotolar yayıb.

Hadisədə tələfat və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Tehran böhran mərkəzinin baş direktoru Mənsur Dərəcatinin iyunun 2-də dövlət telekanalına dediyinə görə, belə görünür ki, yanğın Tondquyan neftayırma zavodunda maye qaz xəttini sıradan çıxarıb.

Yanğının nədən başlandığı məlum deyil.

IRNA xəbər agentliyi yazır ki, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər göndərilib.

Təxribat versiyası istisna edilir

Tehran Neftayırma Şirkətinə aid bu neft emalı zavodunun gücü günə 250 min barreldir.

Şirkətin sözçüsü dövlət televiziyası və Telegram kanalı ilə bəyanartında “təxribat zəminində yayılan bütün şayiələri” rədd edib:

"Qəza texniki problem üzündən baş verib və biz hazırda yanğını colovlamaq prosesindəyik”.

Yarırəsmi Təsnim agentlıiyi bildirir ki, zavodda bütün istehsalat əməliyyatları dayandırılıb.

Rəsmilər yanğının hələki davamn etdiyini bildiriblər.

Bu yanğından az əvvəl İranın ən böyük hərbi gəmisində yanğın baş verməsi barədə xəbərlər yayılmışdı.

Həmin gəmi Oman körfəzində batıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG