Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Tehranın keçmiş meri arvadını öldürdüyünü ‘boynuna alıb’


Keçmiş Tehran meri Mohammad Ali Najafi və Mitra Najafi Ostad
Keçmiş Tehran meri Mohammad Ali Najafi və Mitra Najafi Ostad

Tehranın keçmiş meri Mohammad Ali Najafi ikinci arvadını qətlə yetirdiyini boynuna alıb. Bunu İran mediası Tehranın Prokuroru Mohammad Shahriari-yə istinadla yazır.

Prokuror mayın 28-də deyib ki, Najafi “polis əməkdaşlarına təslim olub” və həyat yoldaşını ailə məsələlərindən dolayı qətlə yetirdiyini etiraf edib.

***

İran mediasında yayılan xəbərlərə görə, Tehran şəhərinin keçmiş islahatyönlü meri Mohammad Ali Najafinin arvadı qətlə yetirilib.

Xəbərlərdə deyilir ki, Mitra Ostadın meyiti mayın 28-də Tehranın şimal-qərbindəki zəngin Səadətabad məhəlləsindəki evində aşkar olunub.

IRNA rəsmi xəbər agentliyi mayın 28-də polisə istinadən bildirir ki, qadına bir neçə güllə vurulub.

Odlu silahla törədilən belə qətllər İranda nadir hadisədir.

İran mediası yazır ki, Ostad Najafinin ikinci arvadı idi. İranda çoxarvadlılığa qanunla icazə verilir.

Najafi vəzifəsindən ötən il, gənc qızların rəqs etdiyi bir tədbirə qatıldıqdan sonra sərt xətt-hərəkət tərəfdarları tərəfindən kəskin tənqid olunaraq istefa vermişdi, hərçənd istefasına səbəb kimi sağlamlığı ilə bağlı problemləri göstərmişdi.

Ensaf News internet portalının bir müxbiri deyib ki, Ostad mayın 27-də agentliyə zəng etmiş və müsahibə vermək istədiyini bildirmişdi.

Jurnalist Parisa Salehi əlavə etmişdi ki, Ostad Ensaf portalının redaksiyasına mayın 28-də gəlməliydi.

Bu məlumat Ensaf news saytı tərəfindən rəsmən təsdiq edilməyib.

XS
SM
MD
LG