Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:48

Tehran polisi bundan sonra hicab qaydasını pozan qadınları saxlamayacaq


Tehran polisi bildirib ki, ölkədə 1979-cu ildən bəri qüvvədə olan islami geyim qaydalarına əməl etməyən qadınlar bundan sonra həbs edilməyəcəklər.

İslahatyönlü “Şərq” qəzeti dekabrın 28-də Tehran polisinin rəisi, general Hossein Rahimi-yə istinadən yazıb ki, “islami geyim qaydalarına əməl etməyən qadınlar bundan sonra saxlama mərkəzlərinə aparılmayacaqlar və onlara qarşı heç bir hüquqi tədbir görülməyəcək”.

Bu barədə məlumatı ingilisdilli The Tehran Times qəzeti də dərc edib.

Yarımrəsmi Təsnim xəbər agentliyi isə bildirir ki, qadınlar həbs edilməyin əvəzinə polis rəsmilərinin dərs keçdiyi xüsusi siniflərə göndəriləcəklər.

Xəbər agentliyi bunu da bildirib ki, paytaxtdan kənar bütün qalan yerlərdə geyim qaydası əvvəlki kimi qüvvədə olacaq.

Rahimi deyib ki, təkcə Tehran vilayətində geyim qaydaları barədə maarifləndirmə işi aparan 100-dək mərkəz var.

AzadlıqRadiosu yazır ki, İranın təhlükəsizlik və ədliyyə sistemlərində mühafizəkarlar hələ də hakim mövqedədirlər və geyim qaydalarının yumşaldılmasının nə dərəcədə effektli olacağı hələlik bəlli deyil.

Mövcud geyim qaydalarına görə İran qadınları saçlarını örtməli və uzun və gen donlar geyinməlidirlər.

Bu da məlumdur ki, İranda gənc və daha liberal düşüncəli qadınlar baş örtüyü qaydalarına onsuz da tam əməl etmirdilər.

İranda kişilərin də şort geyinməsi və ya köynəksiz gəzməsi qadağandır.

Geyim qaydalarını pozanlar adətən polis maşınlarında məntəqələrə aparılır, bundan sonra onların evlərinə zəng edilərək saxlanan şəxslər üçün dəyişəcək paltar gətirilməsi istənirdi. Saxlananlar adətən qaydanı bir daha pozmayacaqlarına dair iltizam imzalayırlar.

2013-cü ildə prezident seçilmiş Hassan Rohani öz çıxışlarında bildirib ki, islami qaydaların icrasını tətbiq etmək hüquq-mühafizə orqanlarının vəzifəsi deyil. O habelə bəzi qaydaların yumşaldılmasına çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG