Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 22:03

Tehran görüşü: 3+3 həmişə 6 etmir


"3+3" formatında Moskvada ilk görüş. 2021
"3+3" formatında Moskvada ilk görüş. 2021

Oktyabrın 23-də Tehranda xarici işlər nazirləri səviyyəsində "3+2" formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan) görüş keçirilməlidir. Bu görüş "3+3" formatında planlaşdırılsa da, Gürcüstan ondan imtina edib. Həmin ölkə 2021-ci ildə eyni formatda nəzərdə tutulan Moskva görüşündə də iştirak etməyib.

İranın dövlət agentliyi İRNA-nın məlumatına görə, görüşdə Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunacaq.

E.Nəsirov
E.Nəsirov

Deputat: "Region problemlərini region həll etsin"

Azərbaycan Xarici İşlər Nazirliyindən "Turan"a görüşün keçiriləcəyini təsdiqləsələr də, təfərrüatların, hələlik, məlum olmadığını və əlavə məlumat veriləcəyini qeyd ediblər. Amma deputat Elman Nəsirov agentliyə bildirib ki, "3+3" formatının yaradılması ideyası İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ortaya çıxıb: "2020-ci ilin dekabrında Azərbaycan prezidenti cənab İlham Əliyevin və Türkiyə prezidenti cənab Ərdoğanın təşəbbüsü nəticə etibarilə belə bir formatın ortaya çıxmasını şərtləndirdi".

Deputatın sözlərinə görə, məqsəd ondan ibarətdir ki, postmüharibə dövründə həllini gözləyən məsələlərlə bağlı bu altı dövlətin birgə fəaliyyəti konkret nəticəyə ünvanlansın: "Düzdür, Gürcüstanın bu prosesdə adı getsə də, özü real iştirak etmir. Gürcüstan Moskvada bu formatda keçirilən görüşə də qatılmamışdı. Bu, Gürcüstan-Rusiya münasibətlərində həllini gözləyən çox ciddi məsələlərin olması faktı ilə bağlı idi. Bu dəfə də səbəb eynidir, amma istisna deyil ki, gələcəkdə onun iştirakı reallaşsın".

Kremlin Qərbə qarşı 'Qafqaz oyunu': Bakı ilə Yerevan arasındakı sülh niyə yubanır?
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00

E.Nəsirovun fikrincə, hazırkı görüşün iştirakçılarının niyyəti ondan ibarətdir ki, region problemlərini region dövlətləri özləri həll etsin: "Yəni, regiondan kənar oyunçuların bu prosesə müdaxiləsinə imkan verilməsin. Qənaət ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin formalaşması və sülh müqaviləsinin imzalanması üçün region ölkələrinin dəstək vermək potensialı daha böyükdür, nəinki regiondankənar oyunçuların".

"Antiqərb formatıdır"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, bu formatın adı "3+2" yox, "3+2-1" olmalıdır: "Çünki Ermənistanın orada iştirakı formal xarakter daşıyır. Ermənistan orada sadəcə diplomatiya xətrinə iştirak edir".

A.Qasımlı
A.Qasımlı

Ekspert hesab edir ki, bu, açıq şəkildə antiqərb formatıdır: "Bu formatı ona görə yaradıblar ki, Qərbi bu bölgəyə salmasınlar. Yəni, Qərb hansısa danışıqlar və qərarların qəbulu prosesində heç bir halda iştirak etməsin".

Onun fikrincə, Gürcüstanın imtinasına və Ermənistanın formal iştirakına görə bu format perspektivli deyil: "Perspektivli olması üçün gərək Gürcüstan, o cümlədən də Ermənistan Rusiyanın orbitinə yenidən qayıtsın. Yalnız bu halda bu formatın gələcəyi ola bilər. Yoxsa bu format "1+3" formatına çevrilmiş olur. Yəni, Türkiyə, Rusiya, İran + Azərbaycan. Bu şəkildə də bütün bölgəni əhatə etmək mümkün deyil. Buna görə də bu formatın gələcəyini mən görmürəm".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG