Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:26

Tbilisidə kecə klublarına reyd zamanı qarşıdurma yaranıb, saxlananlar var (VİDEO)


Tbilisidə polis reydləri
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Tbilisidə polis reydləri

Şənbə gününə keçən gecə Tbilisidə gecə klublarına polis reydlərindən sonra şəhərin mərkəzində kütləvi etiraz aksiyası keçirilib.

Azadlıq Radiosunun əməkdaşı Georgi Kobaladze aksiya zamanı polislə qarşıdurma yarandığını xəbər verir.

Yüzlərlə polis gecə saatlarında Tbilisinin mərkəzindəki məşhur “Basiani” və “Qalereya” klublarında reyd keçiriblər.

Daxili işlər nazirliyi az sonra reydlərin narkotiklə bağlı olduğunu bəyan edib.

Məlumata görə bu günlərdə həmin klublarda dozadan artıq narkotik maaddə qəbul etdiklərinə görə 4 yerniyetmə ölüb.

Reydlər zamanı 8 nəfər həbs edilib.

Tbilisi, 12 May 2018
Tbilisi, 12 May 2018

Onlar narkotik maddələrin yayılmasında şübhəli bilinirlər.

Klublarda olanlar reyd zamanı polisə müqavimət göstəriblər.

Sonra isə minə yaxın adam parlament binasının qarşısına toplaşıb və bu vaxt polislə qarşıdurma yaranıb.

Polis qarşıdurma zamanı daha 20 nəfəri saxlayıb.

Məlumata görə, narkotiklərin leqalaşdırılmasının tərfədarı olan hərəkatın lideri, “Qirçi” partiyasından prezidentliyə namizəd Zurab Caparidze də onların arasında olub.

Amma bir qədər sonra o sərbəst buraxılıb.

Saxlananlara qarşı polisə müqavimət göstərməklə bağlı ittiham irəli sürlüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG