Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Tbilisi polisi hazırlıq vəziyyətinə gətirilib


Mayın 17-də Tbilisidə kilsəinin çağırışı ilə "Ailə Paklığı" yürüşü keçirilib
Mayın 17-də Tbilisidə kilsəinin çağırışı ilə "Ailə Paklığı" yürüşü keçirilib

Gürcüstanda Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiyaya qarşı mübarizə gününə təyin olunmuş kütləvi aksiya ləğv edildikdən sonra Tbilisi polisi mümkün küçə iğtişaş və toqquşmalarının qarşısını almaq üçün hazırlıq vəziyyətinə gətirilib.

Ölkədəki LGBT icmasının keçirməyi planlaşdırdığı yürüşə qarşı Gürcü Pravoslav Kilsəsi tərəfindən dəstəklənən antiyürüş keçirilməli idi.

Beləliklə hər iki aksiyanın mayın 17-də keçirilməsinə icazə verilsə də, LGBT hüquqları qrupları nümayişi internetdə keçirəcəklərini bildiriblər. Onlar bunu ölkədəki asayişin pozulmaması naminə etdiklərini deyirlər.

Gürcüstan neonasistləri mayın 17-də Tbilisidə aksiya keçiriblər
Gürcüstan neonasistləri mayın 17-də Tbilisidə aksiya keçiriblər

Bundan əvvəl bu həftənin əvvəllərində LGBT qruplarının üzvləri nümayiş keçirmişdilər. Bunun ardınca mayın 12-də polis onların toplaşdığı gecə klubuna reyd keçirmişdi.

Polis bildirirdi ki, onlara bu klubda narkotik maddədən istifadə və bunun nəticəsində ölüm hallarının baş verdiyi barədə siqnallar daxil olmuşdu.

Həmin vaxt radikal qruplaşmalar Tbilisidə etiraz nümayişi keçirmişdilər.

Gürcüstan Avropa İttifaqına üzvlük ümidləri ilə bir çox Qərb dəyər və qanunlarını qəbul etməyə çalışır. Buna baxmayaraq bu Qafqaz ölkəsində ənənəvi həyat tərzini müdafiə edənlər bir sıra liberallaşdırma tədbirlərinə qarşıdırlar.

Gürcüstanda bu yaxında keçirilmiş rəy sorğusunda respondentlərin 80 faizi homoseksuallığa qarşı olduğunu bildirib.

Dünya Dəyər Sorğusunda isə Gürcüstan dünyanın ən homofob üç ölkəsindən biri olub. Həmin sorğuda gürcülərin 93 faizi homoseksual qonşu istəmədiyini demişdi.

Mayın 17-də yüzlərlə gürcü kilsənin çağırışı ilə “ailə müqəddəsliyinin müdafiəsinə” həsr edilmiş yürüşə qatılıb.

Bu da xəbər verilir ki, mayın 17-də Tbilisidə 500 cüt arasında mərasim nikahı bağlanıb:

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG