Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:34

LGBT özünün Tbilisi yürüşünü ləğv etdi (Video)


Tbilisidə radikal millətçilər geyparada imkan vermədilər
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Tbilisidə radikal millətçilər geyparada imkan vermədilər

Etirazçılar parlamentin qarşısında müxalifətin “Vahid Milli Hərəkat”ının hələ noyabrda qurduğu çadırları dağıdıblar

Gürcüstanda LGBT kampaniyaçıları opponentlərin fəallara və jurnalistlərə hücumlarının ardınca Tbilisidə keçiriləcək yürüşü ləğv etdiklərini bildiriblər.

Tbilisidə iyulun 5-də keçirilməli olan bu yürüşün əleyhinə olan yüzlərlə etirazçı paytaxtın küçələrinə çıxmışdılar.

AzadlıqRadiosu müxbirlərinin verdiyi xəbərə görə müxtəlif yerlərdə 15-dək jurnalist hücum və zorakılığa məruz qalıb.

Sosial şəbəkələrdə yayılan videolarda anti-LGBT qrupların yürüş təşkilatçılarının ofisinə hücum etdiyi və göyqurşağı bayraqlarını cırdıqları görünür.

LGBT yürüşünün təşkilatçıları tədbirin ləğv olunmasına görə “nifrət dalğasına rəvac vermiş” hökuməti və kilsəni tənqid ediblər.

Tbilisidə LGBT yürüşünə görə qarışıqlıq yaranıb

AzadlıqRadiosu-nun Gürcüstan xidmətinin əməkdaşları Tbilisidə BMT-nin təmsilçiliyi qarşısında hücuma məruz qalıblar. Tornike MandariyaDato Koridze peşə vəzifələrini yerinə yetirərkən xəsarət alıblar. Onların iş avadanlığı zədələnib.

Daha öncə yerli media jurnalistlərin parlamentin binası qarşısında hücuma məruz qaldığını bildirib. Media orqanları ultramühafizəkarlar və radikal hərəkat təmsilçilərinin iştirakıyla toqquşmalar baş verdiyini yazırlar.

Daxili İşlər Nazirliyi reportyorlara hücumlarla bağlı araşdırma başlandığını bildirir. Cinayət Məcəlləsinin iki maddəsi – jurnalistlərə qanunsuz maneə yaradılması və zorakılıq üzrə təhqiqat başladılıb.

***

Tbilisidə cinsi azlıqların müdafiəsi məqsədilə planlaşdırılan LGBT yürüşünə qarşı çıxanlar iğtişaşlar törədiblər.

Təşkilatçılar yerli vaxtla axşam saat 5-də Rustaveli prospektində yürüşə çıxacaqlarını bildirmişdilər. Yerli medianın məlumatına görə, yürüşün əleyhinə olan onlarla gənc LGBT yürüşünün təşkilatçılarının oturduğu qeyri-hökumət təşkilatının ofisi qarşısına yığışıblar.

Jurnalistlərə hücum olub

Etirazçılar parlamentin qarşısında müxalifətin “Vahid Milli Hərəkat”ının hələ noyabrda qurduğu çadırları dağıdıblar. “İnterfaks” polisin bütün bunlara müdaxilə etmədiyini yazır. Agentlik prospektə minədək insanın yığışdığını, onların yürüşü önləməyə hazır olduqlarını qeyd edir.

İyulun 5-də parlament qarşısında bir neçə jurnalist və operator hücuma məruz qalıb. Onlardan ciddi xəsarət alan olmayıb. Hücum edənlər jurnalistlərin ölkədə LGBT icmasını təbliğ etdiyini deyiblər.

Baş nazir İrakli Qaribaşvili paytaxtın mərkəzində “Ləyaqət Yürüşü”nün keçirilməsini məqsədəuyğun saymamışdı. Onun sözlərinə görə, yürüş vətəndaş qarşıdurmasına səbəb ola bilər.

“Bura Gürcüstandır, bizim öz ənənələrimiz, öz qaydalarımız var”, – deyən baş nazir əhalinin əksəriyyətinin aksiyaya qarşı olduğunu, amma bütün vətəndaşların konstitusion hüquqlarının qorunacağını söyləyib. Bu haqda “Exo Kavkaza” yazır.

XS
SM
MD
LG