Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:23

Gürcüstanda elektrik avtomobilləri buraxılacaq


Elektron avtomobil
Elektron avtomobil

Gürcüstanda elektron avtomobillər istehsal olunacaq.

Gürcüstanın “Aigroup” şirkəti ilə Çinin “Changan” konserni yaxın vaxtlarda Kutaisidə birgə elektron avtomobil zavodu tikəcəklər.

AzadlıqRadiosu gürcü xidmətinin məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Bakhtadze martin 6-da keçirilən təqdimat mərasimində məlumat verib.

Nazirin sözlərinə görə artıq 2020-ci ildən bazara elektron avtomobillər çıxara biləcəklər.

Bakhtadze bildirib ki, il ərzində 40 min avtomobil buraxılacaq ki, bunun 50 faizi daxili bazar üçün nəzərdə tutulur, digər yarısı isə Avropa Birliyi ölkələrinə ixrac olunacaq.

Zavodda, hələ adları açıqlanmayan 4 avtomobil istehsal olunacaq.

“Airgroup” şirkəti bu günlərdə “Changan” şirkəti ilə əməkdalıq memorandomu imzalayıb.

“Volvo” , ”Volswagen” və “Ford” avtomobil zavodları "Changan" şirkətinin əsas tərəfdaşlarıdır.

Bu Gürcüstan hakimiyyətinin ilk belə addımı deyil. Tbilisi meriyası artıq ekoloji cəhətdən təmiz olan elektron avtobuslar almağa başlayıb.

Gürcüstan qanunlarına görə, ölkəyə gətirilən elektron avtomobillər gömrük rüsumundan azadddır.

XS
SM
MD
LG