Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 06:11

Tbilisidə afrikalıları döyüblər

Gürcüstanın Daxili İşlər Nazirliyi bildirir ki, Tbilisidə futbol oynayan afrikalıların döyülməsi ilə bağlı cinayət işi qaldırılıb.

Bu zorakılıq afrikalılardan biri tərəfindən videoya çəkilib və aprelin 9-da Gürcüstanın Rustavi-2 telekanalı ilə efirə verilib.

Bu videoda bir neçə nəfərin afrikalıları dəyənəklərlə döydüyü görünür.

Aprelin 9-da Tbilisidə baş vermis zorakılıqda xəsarət alan bir nigeriyalı deyib ki, hücumun motivi irqçilik olub.

O deyib ki, hücum edənlər afrikalıları təhqir edir, “qayıdın Afrikaya” çığırırdılar.

This item is part of
XS
SM
MD
LG