Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:18

Tbilisidə müxalifət polislə toqquşub (VIDEO)


Fevralın 19-u parlament meydanında
Fevralın 19-u parlament meydanında

Tbilisinin mərkəzində müxalifət və vətəndaş cəmiyyəti fəalları ilə polis arasında toqquşmalar baş verib.

Müxalifətçilər parlamentin qarşısındakı meydanda çadır qurmağa cəhd edirdilər.

Gürcüstan Daxili İşlər Nazirliyi AzadlıqRadiosuna deyib ki, fevralın 19-da “hakimiyyət nümayəndələrinin əmrlərinə tabe olmayan” 20 nəfər saxlanıb və onların qurmağa çalışdıqları çadır müsadirə olunub.

Müxalifət fəalları artıq bir neçə aydır ki, parlamentin yaxınlığında etiraz aksiyaları keçirirlər.

Onlar 31 oktyabr parlament seçkisinin nəticələrinin saxtalaşdırıldığını bildirirlər.

Bu da bildirilir ki, müxalifətdən seçilmiş deputatlar parlamenti boykot edir və mandatlarını götürmək istəmirlər.

Son 9 ildə Gürcüstanda baş nazir 5 dəfə dəyişib
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Gürcüstanda yaranmış siyasi böhran fevralın 17-də ana müxalifət partiyası – Birləşmiş Milli Hərəkatın lideri Nika Melia barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə daha da dərinləşib.

Müxalifət Meliaya qarşı işi “əcinnə ovu” adlandırıb.

Melia 2019-cu ilin antihökumət etirazları zamanı kütləvi iğtişaş törətməkdə ittiham olunur.

Əgər təqsirli bilinərsə, 41 yaşlı siyasətçini 9 il müddətinə həbsxana cəzası gözləyə bilər.

Həbs təxirə salınır

Yaranmış böhranla bağlı fevralın 18-də ölkənin baş naziri Giorgi Qaxariya istefa verib. Onun postuna İrakli Qaribaşvili nominasiya olunub.

Qaribaşvilinin namizədliyi parlamentdə təsdiqlənməlidir.

Qaxariyanın istefasından dərhal sonra Melia erkən parlament seçkisinin keçirilməsinə çağırıb.

Bu arada Gürcüstanın Daxili İşlər Nazirliyi Melianın həbsinin təxirə salındığına dair məlumat yayıb.

Fevralın 16-da Gürcüstan parlamenti Melianın deputat toxunulmazlığının ləğvinə səs verib.

Bu, onun məhkəməyə qədər həbs olunmasına imkan yaradıb.

Müxalifət liderinə qarşı məhkəmə onun zaminə buraxılmasının qiyməti 40 min lariyə (12 min dollar) qaldırıldıqdan sonra başlanıb. Melia bu pulu ödəməkdən imtina edib.

Zamin pulu Melia seçkidən sonra keçirilən aksiyalarda polis tərəfindən bağlanmış elektron müşahidə bilərziyini açdığına görə artırılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG