Keçid linkləri

2026, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:47

Tatarıstanda nazir müavini ev məhbusluğunda ölüb

Yelena Şişmaryova ev məhbusluğunda vəfat edib
Yelena Şişmaryova ev məhbusluğunda vəfat edib

Tatarıstanın ev məhbusluğunda olan keçmiş səhiyyə rəsmisi vəfat edib.

Tatarıstan Səhiyyə Nazirliyinin fevralın 8-də yaydığı bəyanatda keçmiş nazir müavini Yelena Şişmaryovanın vəfatı xəbəri təsdiq edilir.

Tatarıstanın səhiyyə naziri Adel Vafin deyib ki, “bu hadisə bizim üçün real bir faciə, yüksək səviyyəli peşəkarın itkisidir”.

Hüquq-mühafizə orqanlarına istinad edən bir sira medialar 52 yaşlı Şişmaryovanın fevralın 7-də vəfat etdiyini yazır.

Şişmaryova fevralın 3-də ona qarşı maliyyə fırıldağı və səlahiyyətlərini aşma ittihamları irəli sürüldükdən sonra ev məhbusu idi.

Hazırda onun ölümünün səbəbləri araşdırlır.

This item is part of
XS
SM
MD
LG