Rusiyanın TASS dövlət xəbər agentliyi prezident Vladimir Putinlə müsahibənin son hissələrini çap etməyib.
Həm də Rusiyanın 1-ci telekanalı ilə yayınlanan müsahibə “Prezidentə 20 sual” adlanır.
Müsahibə bir sual bir cavab prinsipi ilə fevralın 30-dan efirə verilirdi.
TASS müsahibənin çapının yarımçıq dayandırılmasını “xəbər gündəminin dəyişməsi” ilə izah edib.
Agentlik bildirib ki, müsahibənin son hissələri “bütün dünyada ön planda olan koronavirus pandemiyasına dair xəbərlərin qasırğası ilə üst-üstə düşüb”.
Bu da qeyd olunub ki, müsahibənin son hissələrinin çap olunduğu vaxtda ciddi iqtisadi situasiya yaranıb.
Lakin TASS vəd edir ki, son üç sual və üç cavab bu yaz efirə veriləcək böyük filmə daxil ediləcək.
Qızlarından və nəvələrindən danışmalı idi
Söhbət çap edilməmiş 18, 19 və 20-ci hissədən gedir. Burada Putin “internetdə söz azadlığı”, “Konstitusiyaya dəyişikliklər və Dövlət Şurası”, Putinin “övladları, nəvələri və şəxsi itkilərindən” söz açmalı idi.
Bundan əvvəl sosial media istifadəçiləri diqqəti belə belə bir məqama çəkmişdilər ki, Putinin əvvəlcədən yazılmış cavabları, doğrudanda gündəmlə ziddiyyət təşkil edir.
Koronavirus epidemiyasının tüğyan etdiyi, rublun çökdüyü və iqtisadiyyatın böhrana girdiyi bir vaxtda prezident işinin çoxluğundan, ayda 17 min rubldan çox maaş alanları orta sinif hesab etməsindən, biznesə etibar etməməsindən və biznesmenləri dələduz hesab etməsindən danışırdı.
Bəzi şərhçilərin rəyinə görə Putinin müsahibəsinin çap olnmuş hissələrində də bir çox ziddiyyət və uyğunsuzluqlar diqqəti cəlb edirdi.