Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:19

Stalinin cinayətlərini araşdıran tarixçi uşaq pornoqrafiyasında ittiham olunur


Yuri Dmitriyev məhkəmə dinləməsinə gətirilərkən
Yuri Dmitriyev məhkəmə dinləməsinə gətirilərkən

Rusiyada uşaq pornoqrafiyası ittihamları ilə həbs edilmiş tarixçinin vəkili məhkəmədən onun barəsində həbs qətimkan tədbirinin ev məhbusluğu ilə əvəz olunmasını xahiş edib. Tərəfdarları tarixçiyə qarşı ittihamların siyasi motivli olduğuna inanırlar.

Tarixçi Yuri Dmitriyevin vəkili Viktor Anufriyev bu xahişlə noyabrın 29-da Kareliya vilayətinin Petrozavodsk şəhərindəki məhkəməyə müraciət edib.

Hakim bu vəsatət barədə hökm verməyib və şahidlərin ifadələrini dinlədikdən sonra məhkəməni noyabrın 30-adək təxirə salıb.

Memorial insan haqları qrupunun Kareliya filialına rəhbərlik edən Dmitriyev onilliklər boyunca diktator İosif Stalinin dövründə Sovet dövləti tərəfindən törədilmiş cinayətləri araşdırırdı.

Müstəntiqlər deyirlər ki, Dmitriyev övladlığa qəbul etdiyi qızı Nataşanın 49 çılpaq fotosundan internetdə paylaşmaq üçün pornoqrafik material hazırlamaq niyyətində olub.

Ona qarşı “uşaq pornoqrafiyası materiallarının hazırlanması və paylanması” ittihamı irəli sürülüb.

Dmitriyev, onun vəkili və həmkarlarının dediyinə görə, bu fotoların çəkilməsinə səbəb o idi ki, həkimlər xəstə və yaşına görə çox zəif qızın səhhətini monitorinq etməliydilər.

Nataşanı , uşaq 3 yaşında olarkən Dmitriyevin həyat yoldaşı övladlığa götürmək istəyib.

Hər bir fotoşəkildə qızın boyu, çəkisi və sağlamlığı haqqında məlumatlar göstərilib.

Bu fotolardan bir çoxu sosial təminat işçilərinin qıza baş çəkməsi ərəfəsində çəkilib. Belə başa düşmək olar ki, fotolar yoxlayanlara qıza yaxşı baxıldığını göstərməli idi.

Sosial təminat işçiləri ailədə hər hansı anormallığın olduğunu heç vaxt hiss etməyiblər.

Dmitriyev 2016-cı ilin dekabrında həbs edilib və onun məhkəməsi 2017-cii ilin 1 iyununda başlanıb.

XS
SM
MD
LG