Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:21

Rusiya Talibanın tanklarını təmir edir?


Foto arxiv
Foto arxiv

Tacikistan Talibana məxsus tank və digər ağır silahlı texnikaların ölkə ərazisində ruslar tərəfindən təmir olunması barədə məlumatları təkzib edir.

Əfqanıstanın Kunduz əyalətinin keçmiş qubernatoru Umar Safinin sözlərinə görə, bu texnikaları rusiyalı mütəxəssislər təmir edirlər.

O, puştun dilli “Spogmai” radiosuna müsahibəsində deyib ki, Taliban son 2 il ərzində hökumət qüvvələri ilə döyüşlərdə ələ keçirdiyi tank və ağır texnikaları Tacikistana göndərir və həmin texnikalar orda rusiyalı mütəxəssislər tərəfindən təmir edildikdən sonra Pənc çayı vasitəsi ilə Əfqanıstana, talibançılara qaytarılır.

Tənc çayı
Tənc çayı

Amma Tacikstan sərhəd qoşunları baş idarəsinin sözçüsü Mukhammodjon Ulxodjayev yanvarın 2-də AzadlıqRadiosunun Tacikistan xidməti ilə söhbətində bu məlumatı təkzib edib və bildirib ki, hökumətin özü bu məsələni diqqətlə araşdırır.

Qeyd edək ki, Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov ötən ilin noyabrında “Anadolu” agentliyinə müsahibəsində Moskvanın Taliban hərəkatı ilə əlaqə saxladığını bildirmişdi. “Biz Rusiya diplomatları və vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məsələsində onlarla əlaqə saxlayırıq. Bundan başqa əlaqə kanalları ilə Talibana ümummilli barışıq və müharibəyə son qoyulması ilə bağlı razılığa gəlməyi təklif edirik. Bu əlaqələrin hansı səviyyədə saxlanması isə bağlı məsələdir”, deyə Kabulov bildirib.

Zamir Kabulov
Zamir Kabulov

Kabulov deyir ki, Rusiya ilə Talibanın “İslam Dövləti” qrupu ilə mübarizədə maraqları eynidir. ”Taliban Əfqanıstanda Rusiyanın Suriyada bombaladığı qüvvələrlə mübarizə aparır”, deyə Kabulov vurğulayıb.

Kabulovun sözlərinə görə Taliban qlobal cihad ideyasından imtina edib və hazırda əsas məqsədi ölkəni işğaldan azad etmək və müstəqil hökumət qurmaqdır.

“Kimlərinsə xoşuna gəlib-gəlməməsindən aslı olmayaraq Taliban silahlı mübarizə aparan real siyasi gücdür” Kabulov bildirib.

Diplomatın sözlərinə görə, terrorçular baza yaradaraq sakinlər arasında təbliğat aparır, muzdlulara Talibandan çox pul təklif etməklə yaraqlıları sıralarına cəlb edirlər.”İslam Dövləri” qrupunun ideologiyası pula söykənir.Artıq xeyli nüfuz qazanıb, xüsusilə də gənclər arasında.Terrorçuların sayı 2500 nəfərə çatıb və Əfqanıstanın müxtəlif rayonlarında fəaliyyət göstərirlər.Onlar talibançıları sıralarına cəlb etməyə çalışır.Əgər məqsədlərinə çatsalar, vəziyyət Orta Asiya ölkələri üçün də təhlükəli olacaq”.

Zamir Kabulobun bu bəyanatı Əfqanıstan hakimiyyətinin kəskin reaksiyasına səbəb olub.

“ Əfqanıstanda insanları terror edən qrupla istənilən əlaqə və ya ona dəstək, uzun perespektivdə bütün region üçün təhlükəyə çeviriləcək və heç bir ölkə bundan qaça bilməyəcək”, deyə Əfqanıstan xarici işlər nazirliyinin xüsusi nümayəndəsi Shakib Mustagninin bəyanatında bildirilir.

ABŞ kəşfiyyatının nümayəndəsi də ilin əvvəllərində Associated Press agentliyinə bildirmişdi ki, Moskva Əfqanıstan taliblərini silah və pulla təmin edir, Talibanla əlaqəni gücləndirərək ona hərtərəfli dəstək göstərir.

Mənbənin məlumatına görə, Rusiya 2015-ci ildə Talibanı silah və hərbi hazırlıqla təmin etməklə hərəkatın Kunduz əyalətini tutmasına kömək edib.

ABŞ kəşfiyyatının nümayəndəsi həmçinin Associated Press agentliyinə bildirib ki, ruslar “İslam Dövləti” qrupuna müqavimət göstərmək üçün Talibanı silah və pulla təmin ediblər və nəticədə hərəkatın əlinə yalnız Rusiyada istehsal olunan yeni avtomat “Kalaşnikov” silahları, “Kalaşnikov” pulemyotları və tank əleyhinə qumbaratanlar keçib.

Britaniyanın “The Sunday Times” qəzeti isə 2015-ci ilin sonunda Talibandakı mənbəə istinadla, Rusiya prezidenti Vladimir Putinin, hərəkatın həmin vaxt lideri olan Mulla Akhtar Mansourla gizli görüş keçirdiyini və ona kömək vəd etdiyini yazmışdı.

Akhtar Mansour
Akhtar Mansour

Məlumatlara görə həmin görüş, Düşənbədəki 201-ci hərbi bazada keçirilib.(Putin 2015-ci il sentyabrın 15-16-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin Düşənbədə keçirilən sammitində iştirak edib.

Amma Kreml həmin vaxt dərhal bu məlumatı təkzib eləmişdi.

Rusiyanın Tacikistandakı səfiri İgor Lyakin Frolov “The Sunday Times”ın məlumatından bir gün sonra, Rusiyanın 3-cü ölkənin vasitəçiliyi ilə mötədil talibançılarla danışıqlar apardığını etiraf elədi.

Amma o, Putinlə Mansourun görüşünü şərh etməkdən boyun qaçırdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG