Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:54

''ExxonMobil'in payını satması...'. BP-dən açıqlama gəldi


BP
BP

Amerika Birləşmiş Ştatlarının (ABŞ) "ExxonMobil" şirkəti Azərbaycandakı aktivlərinin ("Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və Bakı-Tbilisi Ceyhan (BTC) neft kəməri) satış prosesini bərpa edib.

Bunu "Reuters" agentliyinə "ExxonMobil"in rəsmisi Culi Kinq deyib.

C.Kinqin sözlərinə görə, şirkət artıq bazarda marağın öyrənilməsi prosesinə başlayıb və əgər digər şirkətlər bu aktivlərdə daha çox dəyər tapsalar, onlar satılacaq.

AÇG yataqlar bloku üzrə layihənin operatoru olan BP şirkətinin Azərbaycanda Ünsiyyət və sosial sərmayələr üzrə meneceri Tamam Bayatılı "ExxonMobil" şirkətin öz aktivlərini satma səbəbi ilə bağlı bir açıqlama verə bilməcəyini desə də, bu prosesin təbii olduğunu bildirib:


"Səbəblər barədə "ExxonMobil" şirkətinin özünə yönəlmək lazımdır. Çünki hər bir şirkətin öz strategiyası var. Amma belə proseslər bütün dünyada baş verən praktikadır. Böyük layihələrdə də payçılar öz payını satır, onun yerinə digər payçı gəlir. Bundan əvvəl də "Chevron" şirkəti öz payını satdı və onun yerinə "Mall" şirkəti gəldi. Yəni, istər neft-qaz layihəsi olsun, istər digər layihələr hansısa payçının öz payını satması, onun yerinə yeni şirkətin daxil olması təcrübədə var və həmişə olacaq".

T.Bayatılı qeyd edib ki, "ExxonMobil" şirkətinin öz payının satması AÇG layihəsində BP-nin əməliyyatlarına təsir etməyəcək: "Bunun heç bir təsiri olmayacaq. Belə proseslər əvvəllər dəfələrlə olub. Hansısa şirkət gedib, hansısa şirkət gəlib, əməliyyatlar isə davam edir".

Xatırlatma

AÇG bloku üzrə ilk saziş 1994-cü il sentyabrın 20-də imzalanmışdı. AÇG Bakıdan şərqdə, təxminən 100 km məsafədə yerləşən yataqlardır. Bu, Xəzər dənizində istismarda olan ən böyük neft yataqlarıdır və 432 kvadratkilometrdən çox ərazini əhatə edir.

Layihə iştirakçıları BP (35.78 faiz), "Chevron" (11.27 faiz), "ExxonMobil" (8 faiz), ONGC (2.72 faiz), SOCAR (11.65 faiz) şirkətləri idi. Yataqda habelə, "Inpex Corp", "ITOCHU Oil", "Statoil" və TPAO şirkətlərinin də payı olub.

2017-ci il sentyabrın 14-də AÇG-nin işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilən və yenidən tərtib olunan sazişi (PSA) imzalanıb. Sazişə əsasən, BP layihənin yenə operatoru olub. Sazişin bir hissəsi kimi SOCAR-ın AÇG-dəki iştirak payı 11.65 faizdən 25 faizə qaldırılıb.

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdədir: BP – 30.37, AzACG (SOCAR) - 25, "Chevron" – 9.57, "Inpex" – 9.31, "Statoil" – 7.27, "ExxonMobil" – 6.79, TPAO – 5.73, "Itochu" – 3.65 və "ONGC Videsh Limited (OVL)" – 2.3.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG