Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:39

Talış folklorşünas və jurnalist polisə aparılıb


Azərbaycanda Talış əlifbası dərsliyi (arxiv fotosu)
Azərbaycanda Talış əlifbası dərsliyi (arxiv fotosu)

DİN təkzib edir

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə:

«Azadlıq.org saytının 23.09.2016-cı il tarixli sayında yerləşdirilmiş yazıda folklorşünas İradə Məlikova və jurnalist Vüqar Mustafayevin guya «Talışca-Türkcə», «Talışca-İngiliscə» lüğətlərinin çap edilməsinə, satışının təşkilinə və yayılmasına görə saxlanılması barədə səslənmiş iddialar həqiqətdən uzaqdır.

Hər iki şəxs milli ayrı-seçkiliyi və separatçılığı təbliğ etmələrinə dair barələrində Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılıb. Aparılmış araşdırma zamanı məlumat öz təsdiqini tapmayıb və bu şəxslər dərhal sərbəst buraxılıblar».

+++

Talış folklorşünası İradə Məlikova sentyabrın 21-dən 22-nə keçən gecə Bakı hava limanında saxlanaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (BMCMİ) İdarəsinə aparılıb.

Sentyabrın 23-ü səhər saatlarında isə “Talışı Sədo” qəzetinin əməkdaşı Vüqar Mustafayev BMCMİ-yə aparılıb.

Buna da bax:​ Azərbaycan jurnalist qətlində "liderdir" (İnfoqrafika)

Bu haqda “Talışi Sədo” qəzetindən Azər Lerikli məlumat verib.

Onun bildirdiyinə görə, hər iki şəxsi “Talışca-Türkcə”, “Talışca-İngiliscə” lüğətlərinin çap edilməsinə, satışının təşkilinə və yayılmasına görə saxlayıblar.

Onun bildirdiyinə görə, hər iki şəxsi “Talışca-Türkcə”, “Talışca-İngiliscə” lüğətlərinin çap edilməsinə, satışının təşkilinə və yayılmasına görə saxlayıblar.

İ.Məlikovanın mənzilində axtarış da aparıldı. Onun mənzilindən 4 nüsxə lüğəti də özləri ilə apardılar”, A.Lerikli bildirib.

BMCMİ-də separatçılıqla məşğul olduqları güman edilən İ.Məlikova və V.Mustafayevin izahatı alınıb.

Buna da bax:​ «Talışlar ana dillərində yalnız ailə içərisində sərbəst danışa bilirlər»

“İ.Məlikovanın mənzilindən 4 nüsxə lüğəti də özləri ilə apardılar”

Hər iki şəxs BMCMİ-də olarkən sözügedən lüğətlərin çapında hər hansı qanunsuz əmələ yol verilmədiyi, lüğətlərin Prezident Administrasiyasının Ümumi İşlər İdarəsinin kitabxanasına da təqdim olunduğu bildirilib.

Ardınca hər iki şəxs sərbəst buraxılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG