Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Yaxınları Talış Mərkəzinin rəhbərinə bəraət istəyir


Novruzəli Məmmədov və övladlarının məzarları
Novruzəli Məmmədov və övladlarının məzarları

►Novruzəli Məmmədovun yaxınları onun adı üzərindən xəyanətkar ittihamının götürülməsini istəyirlər...

Milli Təhlükəsizlik Nazirliyinin ləğv edilməsi bu qurumla bağlı bir çox hay-küylü məsələləri gündəmə gətirib.

Belə hay-küyül məsələlərdən biri də mərhum diliçi alim, Talış Mədəniyyət Mərkəzinin sədri, ”Tolışo sado” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun işi ilə bağlıdır.

Novruzəli Məmmədovu keçmiş MTN həbs etmişdi. 2008-ci il iyunun 24-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə dövlətə xəyanətdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Novruzəli Məmmədov bir il sonra avqustun 17-də Ədliyyə Nazirlyinin Penitensiar xidmətin tibb müəssisəsində vəfat etmişdi.

Azərbaycanın bir qrup ziyalısı ölkə prezidentinə müraciət edərək Novruzəli Məmmədovun üzərindən bu ittihamın götürülməsini xahiş ediblər. Müraciətdə deyilir:

”Bu müraciəti Sizə ünvanlamağımız son dövrlərdə Eldar Mahmudovun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirlyində baş verən özbaşınalıqların və qanunsuzluqların ifşa olunmasndan qaynaqlanmışdır. Biz MTN-də baş verən qeyri-qanuni əməllərə hüquqi və siyasi qiymət verilməsinə, günahsızların reablitasiya olunmasına, eləcə də bütün günahkarların cəzalarına çatacaqlarına ümid edirik.”

Müraciəti Arzu Abdullayeva, Mətləb Mütəllimov, Zərdüşt Əlizadə, Əli Nasir və digər tanınmış şəxslər imzalayıblar.

Mərhəməli Məmmədov
Mərhəməli Məmmədov

Novruzəli Məmmədovun qardaşı Mərhəməli Məmmədov müracətə müsbət cavab veriləcəyi ümidindədir.

O deyir ki,reabilitasiya bir nazirin hikkəsi ilə məhv olmuş ailənin yeganə nümyəndəsi olan Məryəm Məmmədovaya təsəlli olardı:

“Onu azad etmək üçün yüksək məbləğdə pul istədilər”

“Qardaşım alim idi, 40 ilə yaxın Milli Elmlər Akademiyasında şöbə müdiri olub. Professorun elmi əsərləri, 10 monoqrafiyası,100-dən çox elmi məqaləsi, ”Talış- rus-azərbaycanca lüğət” kitabı var. Onu Eldar Mahmudovun tapşırığı əsasında həbs etdilər. Onu azad etmək üçün yüksək məbləğdə pul istədilər. O məbləğə gücümüz çatmadı. ”

Buna da bax: Mədət Quliyev etirazçıları ittiham edir

İki qardaşın müəmmalı ölümü..

Mərhəməli Məmmədovun sözlərinə görə, qardaşının iki oğlunu işgəncə ilə öldürüblər:

“Onun kiçik oğlunu - Emil Məmmədovu MTN işçiləri möhkəm döymüşdülər. Maşında gətirib yolda salmışdılar. O 7-8 saata yaxın həmin yerdə huşsuz qalıb. Bu barədə şikayət etsək də, əhəmiyyət verən olmadı. O hadisədən sonra Emil Məmmədov yatağa düşdü. Atasının ölümündən sonra maşın qəzasında ciddi xəsarət aldı. Onu ölümdən xilas etmək mümkün olmadı. İkinci oğlu Kamran Məmmədov da atasınn müdafiəsinə qalxanda onu da MTN işçiləri yolda tutub döydülər. Evə qayıdan Kamran Məmmədov başının ağrıdığını bildirmiş, iki saatdan sonra dünyasını dəyişmişdi.”

Novruzəli Məmmədovun həyat yoldaşı sığınacaq alıb...

Bu illər ərzində susmalı olduq. İndi nazirlik ləğv olunub, onların hansı işlərlə məşğul olduğu hamıya məlumdur. Cinayətkarlar tutulubsa, onların elədiklərinə qiymət verilməlidir. Qardaşımın üstündən ağır maddə götürülməlidir

Mərhəməli Məmmədov deyir ki,qardaşı öz ölkəsini sevən adam olub. Heydər Əliyevin siyasətini müdafiə etməkdən çəkinməyib:

“Bir ailə məhv oldu. Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova ailəsi məhv edildikdən sonra Niderland krallığına mühacirət etdi. Hazırda orda yaşayır. CM-sinin 274-cü maddəsinin üstündə qalması Novruzəli Məmmədovun ruhuna təhqirdir. Məhkəmələrdə heç bir sübut ortaya qoya bilmədilər. Günahsız alimi məhv etdilər. Heç olmasa bu maddəni onun üstündən götürmək lazımdır. Bir qurup ziyalı, ailəmiz də bununla əlaqədar prezidentə müraciət edib. Bu müraciətlərin cavabını gözləyirik.”

Buna da bax: Maşın ehtiyat hissələri bazarında etiraz aksiyası

“Bu illər ərzində susmalı olduq”

Mərhəməli Məmmədovun sözlərinə görə, Novruzəli Məmmədov və 2 oğlu vəfat etdikdən sonra keçmiş MTN-dən ona xəbərdarlıq ediblər ki, şikayət etsə, onu da qardaşının aqibəti gözləyir.

“Bu illər ərzində susmalı olduq. İndi nazirlik ləğv olunub, onların hansı işlərlə məşğul olduğu hamıya məlumdur. Cinayətkarlar tutulubsa, onların elədiklərinə qiymət verilməlidir. Qardaşımın üstündən ağır maddə götürülməlidir.”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG