Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Sentyabr, şənbə, Bakı vaxtı 15:44

Əfqanıstan prezidentinin ölkəni tərk etdiyi bildirilir


Taliban paytaxt Kabildə prezident sarayında

Avqustun 15-də Əfqanıstanın paytaxtı Kabilun şimalında və cənubunda hökumət qüvvələri ilə Taliban silahlıları arasında döyüşlərin getdiyi barədə xəbərlər yayılıb. Daha sonra Talibana istinadən məlumat yayılıb ki, onlar paytaxt Kabili silah gücünə deyil, danışıqlar yolu nəzarətə almaq istəyiblər.

Onun Tajikistana getdiyi barədə xəbərlər var

Əfqanıstan prezidenti Aşraf Qaninin taliblərlə danışıqlardan sonra ölkəni tərk etdiyi barədə məlumatlar yayılır. AzadlıqRadisunun əfqan xidməti bildirir ki, Əfqanıstan Milli Barışıq Şurasının rəhbəri Abdullah Abdullah, Facebook -da etdiyi video mesajında Qaninin Kabildən ayrıldığını təsdiqləyib.

Radionun əfqan xidmətiin yazdığına görə, bu məlumatı adının çəkilməsini istəməyən bir neçə rəsmi şəxs də mətbuata verdiyi açıqlamada təsdiqləyib. Məlumatlarda Qaninin qonşu Tacikistana uçduğu bildirilir.

Tacikistanın "Aziya-Plyus" medai qrupun yaydığı məlumatda isə qeyd olunur ki, Aşraf Qani öz administirasiyasının rəhbəri Fazla Mahmud Fazli və milli təhlükəsizlik üzrə məsləhətçisi Hamdulla Muhiba ilə Tacikistana istiqamətlənib. Azadlıq radiosunun tacik xidməti isə yazır ki, bu xəbəri hələki rəsmi qurumlar nə təkzib edib, nə təsdiq.

Günün əvvəlində, müdafiə naziri vəzifəsini icra edən Bismillah Məhəmmədiyə istinadla bildirilirdi ki, Qani avqustun 15-də yerli siyasətçilərlə görüşüb və Əfqanıstanda yaranmış vəziyyətlə bağlı Talibanla razılaşmaq üçün 16 avqustda Dohaya gedəcək bir heyət qurma məsuliyyətini onlara tapşırıb.

Aşraf Qani, Əfqanıstan, arxiv foto
Aşraf Qani, Əfqanıstan, arxiv foto

Daxili İşlər naziri : "...hakimiyyətin keçid hökumətinə sülh yolu ilə verilməsi olacaq"

Əfqanıstan hökumət Kabildə qan tökülməməsi və hakimiyyətin taliblərə təhvil verilməsi ilə bağlı danışıqlar aparıldığına işarə edib.

Daxili işlər naziri Əbdül Səttar Mirzəkval yazılı çıxışında "Əfqanıstan xalqı narahat olmamalıdır ... şəhərə heç bir hücum olmayacaq və hakimiyyətin keçid hökumətinə sülh yolu ilə verilməsi olacaq" deyib.

Lakin Talibanın paytaxtı ələ keçirəcəyinin qaçılmaz olması adamlar arasında təşviş və çaxnaşmaya səbəb olub.

General Dostum Özbəkistana qaçıb?

AzadlıqRadiosunun Özbək xidməti bir teleqram kanalına istinadla maşın karvanının olduğunu əks etdirən video paylaşıb. Həmin videonun Əfqanıstanın Hairaton və Özbəkistanın Termez şəhərlərini birləşdirən Amu Dərya çayı üzərindəki "Dostluq" körpüsündə çəkildiyi bildirilir. Qeyd olunur ki, Özbəkistan-Əfqanıstan sərhəddində olan həmin maşın karvanı Əfqanıstan hökumət qüvvələrinin nümayəndələrinə və özbək əsilli Əfqanıstan generalı Əbdül Rəşid Dostuma aiddir.

Məlumatda iddia olunur ki, general Dostumun Özbəkistan sərhədini keçməsi üçün Əfqanıstan Prezident administrasiyasının rəsmiləri Özbəkistan hakimiyyətindən sığınacaq istəyiblər. Ancaq bu məlumatın rəsmi təsdiqlənməsi hələ yoxdur.

***

Taliban paytaxt Kabili hər tərəfdən əhatəyə aldığını bildirir

Taliban silahlıları Kabilin mühasirəsini tamamladıqlarını bildirirlər. Bu barədə BBC xəbər verir.

Talibanın nümayəndəsi bəyan edib ki, yaraqlıların Kabilə lazımlı gündəlik təlabat malların gətirilməsini əngəlləməyəcəklər.

Həmçinin bəyan ediblər ki, xəstəxanaların və xarici hərbçilər tərəfindən qorunan beynəlxalq hava limanının normal fəaliyyətinə müdaxilə etmək niyyətində deyillər. Bundan başqa Taliban bildirir ki, Əfqanıstan hərbçilərinin geri, evlərinə dönməsinə də mane olmayacaq.

***

Baqram hava bazası da ələ keçirilib

Əfqanıstan rəsmisi, əsgərlərin Baqram hava bazasını Talibana təslim etdiyini bildirib. Sözügedən bazada 5 min məhkumun olduğu həbsxana var.

***

Yaxın saatlarda Əfqanıstan prezidenti Əşrəf Qaninin öz səlahiyyətinə son verəcəyi bildirilir..

Keçid hökümətinin rəhbəri keçmiş xarivci işlər naziri Əli Əhməd Calali ola bilər.

***

Pakistan-Əfqanıstan sərhədindəki Çaman şəhərindəki Dostluq Qapısı keçid məntəqəsinə doğru yola düşən əfqanlar, 15 avqust 2021.
Pakistan-Əfqanıstan sərhədindəki Çaman şəhərindəki Dostluq Qapısı keçid məntəqəsinə doğru yola düşən əfqanlar, 15 avqust 2021.

Taliban silahlıları hər tərəfdən Əfqanıstanın paytaxtı Kabilə yaxınlaşırlar. Bu barədə ölkənin daxili işlər nazirliyi avqustun 15-də məlumat yayıb.

Əfqanıstanın paytaxtı Kabilin şimalında və cənubunda hökumət qüvvələri ilə Taliban silahlıları arasında döyüşlərin getdiyi bildirilir. Bu barədə Əl-Ərəbiyyə telekanalı öz mənbələrinə istinadən xəbər verir.

Telekanal vurğulayır ki, bununla belə Əfqanıstan prezident administrasiyası paytaxtdakı vəziyyətin hələ də nəzarətdə olduğuna zəmanət verib. Bu arada, üç Əfqanıstan rəsmisi Asssociated Press -ə bildirib ki, Taliban paytaxtın Kalakan, Karabağ və Paqman bölgələrindədir.

Qətərin paytaxtı Dohada fəaliyyət göstərən Taliban ofisi, insanların ölüm və yaralanmalarının qarşısını almaq üçün qrupun döyüşçülərini Kabilə giriş nöqtələrində qalmağa çağırdığını açıqlayıb. Son bir neçə gün ərzində paytaxta doğru sürətli irəlləmənin ardınca bildirilir ki, Taliban rəhbərliyi şəhəri tərk etmək istəyən hər kəs üçün təhlükəsiz çıxış dəhlizləri təmin etməyə çağırıb. Məlumatda deyilir ki, bundan başqa Kabildəki qadınlar təhlükəsiz yerlərə sığınmağa çağırılıb.

Öz növbəsində, Taliban hərəkatının bir rəsmidi bəyan edib ki, onlar paytaxtı "sülh yolu ilə" ələ keçirmək niyyətindədirlər.

"Paytaxt Kabil böyük və əhalisi sıx bir şəhər olduğundan, İslam Əmirliyinin mücahidləri şəhəri zorla və ya müharibə yolu ilə işğal etmək niyyətində deyillər, əksinə Kabulu sülh yolu ilə ələ keçirirlər. Keçid prosesinin heç kimin həyatına, mülkünə və şərəfinə və kabillilərin həyatına zərər vermədən təhlükəsiz bir şəkildə keçməsini təmin etməkdir" deyə hərəkatın rəsmi açıqlamasında deyilir.

Taliban bəyan edir ki, tabeliyində olan bütün silahlı qüvvələrə əmr edilib ki, "hamı Kabil qapıları qarşısında dayansın və heç kim şəhərə girməyə cəhd etməsin"

Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov "İnterfaks" deyib ki, Taliban qüvvələri paytaxt Kabilin bəzi hissələrinə sülh şəraitində giriblər. Amma "Taliban Kabili götürüb demək hələ tezdir" deyə o bildirib.

Reuters ABŞ rəsmilərindən birinə istinadlə xəbər verir ki, hazırda ən birinci məsələ Kabildəki ABŞ və Avropa ölkələri missiyasını təxliyyə etməkdir. Beləki Amerikanın əməliyyat mərkəzi Kabil hava limanında yerləşir. Buna qədər gələn məlumata görə, artıq ABŞ-ın Kabildəki səfirliyinin əməkdaşlarının təxliyyəsinə başlanılıb. Bu məqsədlə hava limanına bir neçə təyyarənin endiyi bildirilir.

NATO rəhbərliyi isə bildirir ki, Avropa Birliyi ölkələrinin Kabildəki əməkdaşları paytaxtın özündə təhlükəsiz sığınacağa yerləşdiriliblər.

Məlumata görə, 600-ə yaxın Britaniya hərbçisi Kabildə britaniyalıları və digər xarici ölkə vətəndaşalarını təxliyyə etməyə cəlb edilib.

XS
SM
MD
LG