Keçid linkləri

Təcili xəbərlər
2019, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:22

Vaşinqtonla danışıqları pozulan Taliban Moskvaya üz tutur


Taliban danışıqçıları Molla Abdul Ghani Baradarin (ortada) başçılığı ilə may ayında da Moskvaya gəlmişdilər

Talibanın Qətərdəki nümayəndəliyindən olan danışıqçılar qrupu Moskvaya gəlib.

Bundan bir neçə gün əvvəl ABŞ prezidenti Donald Trump Birləşmiş Ştatlar və Taliban arasında aparılan danışıqların “öldüyünü” demişdi.

Rusiyanın dövlət TASS xəbər agentliyi Talibanın Qətər nümayəndəliyinin sözçüsü Mohammad Sohail Shaheen-ə istinadən bildirir ki, Taliban nümayəndə heyəti sentyabrın 13-də Rusiyanın Əfqanıstan üzrə xüsusi elçisi Zamir Kabulovla görüşüb.

AzadlıqRadiosu sentyabrın 13-də Talibanın Moskvada olduğuna dair xəbərləri dəqiqləşdirib.

TASS agentliyi Shaheen-ə istinadən bildirib ki, Taliban Moskvada prezident Vladimir Putinin xüsusi elçisi ilə Əfqanıstandakı sülh prosesini müzakirə edib.

Moskva bundan əvvəl 2019-cu ildə Taliban nümayəndələri və Əfqanıstanın görkəmli ictimai-siyasi xadimləri arasında danışıqların iki dövrəsini təşkil edib.

Lakin sentaybrın 13-də Moskvada keçirilən danışıqları ilk dəfə olaraq Talibanın məhz Qətərdəki nümayəndəliyinin təmsilçiləri aparıblar.

ABŞ prezidenti Donald Trump sentyabrın 9-da Talibanın bu qrupu ilə öz nümayəndəsi Zalmay Khalilzad arasında aparılan sülh danışıqlarının iflasa uğradığını elan etmişdi.

Bundan əvvəl Trump Talibanla Merilenddəki Kemp Deyvid prezident iqamətgahında keçiriləcək məxfi danışıqları ləğv etmişdi.

Bu arada ABŞ Konqresi Donald Trump-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Khalilzad-ı sentyabrın 19-da keçiriləcək dinləməyə dəvət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG