Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:06

Şiə məscidində törədilmiş partlayışda 46 nəfər ölüb


Hadisə yeri
Hadisə yeri

Son hücumlar Talibanın təhlükəsizliklə bağlı problemlərini qabardır

Əfqanıstanın şimal-şərqindəki Kunduz vilayətinin şiə məscidlərindən birində törədilmiş intiharçı bomba partlayışı nəticəsində 46 nəfər ölüb, 140 nəfər yaralanıb.

Bu partlayışa görə məsuliyyəti hələki heç bir təşkilat üzərinə götürməyib.

Son həftələrdə bir neçə məscidlərdə, o cümlədən Kabildəki məsciddə partlayışlar törədilib.

Bu partlayışlar üçün məsuliyyəti çox vaxt öz üzərinə ekstremist İslam Dövləti təşkilatının sünni yaraqlıları götürürlər.

***

Əfqanıstanın şimalındakı Kunduz vilayətində şiə məscidində intiharçı partlayış törədib. Onlarla insanın öldüyü, yaxud yaralandığı bildirilir. Bu, Taliban ötən avqustda ölkənin əksər hissəsini ələ keçirəndən ən böyük hücumdur.

BMT-nin Əfqanıstan üzrə Yardım Missiyası (UNAMA) Xanabad rayonundakı hücumdan dərin narahatlığını bildirib, ilkin informasiyaya əsasən “100-dən çox adamın öldürüldüyü, yaxud yaralandığını” qeyd edib.

“Bugünkü insident narahatlıq yaradan zorakılıq tendensiyasının tərkib hissəsidir: bu həftə dini quruma üçüncü ölümcül hücum baş verir. İslam Dövləti (KP) bazar günü Kabildəki məscidə hücuma görə məsuliyyəti götürüb. Çərşənbə günü Xostda mədrəsəyə hücuma görə məsuliyyəti götürən olmayıb”, – UNAMA ayrıca tvitində yazıb.

Yerli polis rəsmisi qurbanların çoxunun öldüyünü deyib. Kunduzdakı Talibanın başçılıq etdiyi administrasiya da partlayışın intiharçı hücumu olduğunu təsdiqləyib.

Kunduz xəstəxanasında mənbə 35 nəfərin meyitini, 50-dən çox yaralı qəbul etdiklərini deib. Sərhədsiz Həkimlər Təşkilatının xəstəxanasından bir işçi isə 15 nəfərin öldüyünü bildirib.

Sərhədsiz Həkimlər azı 20 nəfərin öldürüldüyünü, 90 nəfərin yaralandığını açıqlaıb.

***

Əfqanıstanın şimal-şərqi Kunduz vilayətində şiə məscidində partlayış çoxsaylı ölümlərə səbəb olub.

Talibanın sözçüsü Zabihulla Mücahid Twitter-də yazıb ki, oktyabrın 8-də törədilmiş partlayışda “xeyli sayda həmvətənimiz şəhid olub və yaralanıb”. O, xüsusi bölmənin hadisəni tədqiq etdiyini yazıb.

Vilayətin eyniadlı paytaxtında adı çəkilməyən xəstəxana işçisi deyib ki, partlayışda həlak olmuş 15 nəfərin cəsədini qəbul ediblər, 90-dan çox yaralı var.

Dağıntılar altında meyitlər

Şahidlər partlayışın cümə moizəsi vaxtı Gözari Seyid Abad Məscidində baş verdiyini deyirlər.

Videolarda məscidin içində dağıntılar altında qalan meyitlər görünür.

Partlayışın səbəbi bəlli deyil.

Son həftələr Kabildə bir məscid daxil olmaqla bir neçə hücum baş verib. Bəziləri üçün məsuliyyəti İslam Dövləti ekstremist qruplaşmasının yerli qanadı olan İslam Dövləti- Xorasan Vilayəti (İD-X) götürüb.

Hücumlar Talibanın təhlükəsizliklə bağlı problemlərini qabardır. Taliban avqustda ölkəni ələ keçirib, o vaxtdan İD-X-ya qarşı əməliyyatlar həyata keçirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG