Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:59

Taliban “Amerika xalqına” məktub yazıb


Foto arxivdəndir
Foto arxivdəndir

Fevralın 14-də Taliban “Amerika xalqını” öz hökumətinə Əfqanıstandan çıxması üçün təzyiq göstərməyə çağıran məktubu dərc edib.

Məktubda xatırladılır ki, Əfqanıstan müharibəsi Amerikanın tarixində ən uzun müharibə olmaqla yanaşı, ölkəyə “trilyonlarla dollar xərc bahasına başa gəlir”.

3 min sözlük bu məktub “Amerika xalqına, müstəqil QHT-lərin rəsmilərinə və sülhsevər konqresmenlərə” ünvanlanıb.

Məktubda Talibanın ABŞ-a uzun müddətdən bəri təklif etdiyi birbaşa danışıqlar yada salınır.

Vaşinqton indiyədək Talibanla hər hansı danışıqların mümkünlüyünü istisna edib.

Birləşmiş Ştatların mövqeyinə görə danışıqlar yalnız Əfqanıstan hökuməti ilə yaraqlılar arasında ola bilər.

Taliban məktubda daha açıq rejim yaradacağını, qadınlar da daxil hamıya təhsil və başqa haqlar tanıyacağını vəd edir, lakin belə görünür ki, hakimiyyəti heç bir başqa qüvvə ilə bölüşmək istəmir.

Məktubda prezident Donald Trump-ın avqust ayında elan etdiyi Əfqanıstan strategiyası tənqid olunur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG