Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:46

Pakistan Talibanı liderinin oğlunun dron zərbəsindən öldüyü xəbər verilir


Pakistan Talibanının lideri Molla Fəzlullah (ortada)
Pakistan Talibanının lideri Molla Fəzlullah (ortada)

Pakistan Talibanı, təşkilatın lideri Molla Fəzlullahın oğlunun martın 6-da güman edildiyinə görə ABŞ dron zərbəsi nəticəsində öldürüldüyünü təsdiq edib.

Təhrike Taliban Pakistan (TTP) qrupu martın 9-da urdu dilində verdiyi bəyanatda bildirir ki, Fəzlullahın oğlu – 16 yaşlı Abdullah güman edilən dron zərbəsi nəticəsində Pakistan-Əfqanıstan sərhədində həlak olmuş 21 “müqəddəs döyüşçünün” arasında olub.

Fəzlullahın oğlu Abdullah bir ay ərzində öldürülmüş dördüncü nəzərəçarpacaq Taliban fiqurudur.

Ötən ay Pakistan Talibanı təşkilatı liderinin müavini, Sajna ləqəbi ilə tanınan Xan Səid Mehsud dron zərbəsi ilə öldürülüb.

Pakistan kəşfiyyatının məlumatına görə Abdullah martın 6-da şərqi Kunar vilayətinin Çavqam rayonundakı intiharçı hücumlar hazırlayan düşərgəyə endirilmiş iki raket zərbəsinin əsnasında həlak olub.

Pakistan Talibanının iki başqa regional komandanı, intiharçılara təlim keçən Gül Məhəmməd və Ustad Yasin raket zərbələri nəticəsində öldürülüblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG