Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:36

'Taliban'ın qapıları döyüb qadınlara işə çıxmağı təklif etdiyi deyilir


Talibançılar Kabil hava limanının ətrafında- Afghanistan, 16 Avqust
Talibançılar Kabil hava limanının ətrafında- Afghanistan, 16 Avqust

38 yaşlı Vasima Reüters agentliyinə deyib ki, 3 nəfər silahlı talibançı avqustun 17-də onların qapısını döyəndə əvvəl şoka düşüb, amma talibançılar onun çalışdığı hümanitar təşkilatdakı işi və maaşı ilə maraqlanıb və ona işə çıxmağı təklif ediblər

Əfqanıstanda hakimiyyəti silahlı yolla zəbt etmiş Taliban hərəkatının, ölkənin əyalətlərində qapı-qapı gəzib əhalini işə çıxmağa dəvət etdiyi bildirilir.

Bu barədə Reüters agentliyi avqustun 18-də yerli sakinlərə istinadla xəbər verir.

Qeyd edək ki, hərəkatın sözçüsü Zabihullah Mücahid bundan bir gün öncə paytaxt Kabildə keçirdiyi mətbuat konfransında, sülh və əminamanlıq içində yaşamaq istədiklərini, hətta qadınların belə işə çıxması və təhsil almalarına icazə veriləcəyini bəyan elədi.

38 yaşlı Vasima Reüters agentliyinə deyib ki, 3 nəfər silahlı talibançı avqustun 17-də onların qapısını döyəndə əvvəl şoka düşüb, amma talibançılar onun çalışdığı hümanitar təşkilatdakı işi və maaşı ilə maraqlanıb və ona işə çıxmağı təklif ediblər.

Həmçinin son 24 saat ərzində ölkənin digər bəlkələri-Laşgar-Gah və Məzari Şərif şəhərlərində onlarla adam Reütersə bu cür insidentlə rastlaşdıqlarını bildiriblər.

Amma onlar represiya və təqiblərdən qorxduqlarına görə adlarının çəkilməsini iistəməyiblər.

Sakinlərin sözlərinə görə, onlar paytaxt Kabildən gəliblərmiş.

Reüters yazır ki, hələlik Taliban rəsmiləri bu məlumatları şərh etməyiblər.

Agentlik yazır ki, talibançıların gəlişindən sonra, paytaxt Kabuildə hələlik əksər müəssisələr bağlıdır, şəhərin bir hissəsi isə boşdur.

Qeyd edək ki, Talibançılar 1996- 2001-ci ildə Əfqanıstanda hakimiyyətdə olduqları dövrdə qadınların işləməsi və qızların təhsil alması qadğan idi.

Əfqanıstan prezidenti Ashraf Ghani və digər ölkə rəsmiləri avqustun 15-də ölkəni tərk edib və Taliban paytaxt Kabili tutub.

Qərb ölkələri indi öz vətəndaşlarını bu ölkədən evakuasiya edirlər.

Hazırda paytaxt Kabil də daxil olmaqla demək olar ki, bütün ölkəyə Taliban hərəkatı nəzarət edir.

Taliban hərəkatının sözçüsü bildirib ki, onlar digər ölkələrlə sülh münasibətləri qurmaq və islam qanunları cərçivəsində qadın hüquqlarına hörmətlə yanaşmaq fikrindədirlər.

Zabihullah Mücahid deyib ki, qadınların işləməsi və təhsil almalarına izn veriləcək və onlar İslam çərçivəsində cəmiyyətdə çox aktiv şəkildə iştirak edəcəklər.

O,həmçinin bildirib ki, Taliban keçmiş əsgərlər və Qərbin dəstəklədiyi hökumət üzvlərindən qisas almaq fikrində deyil və onların hamısına amnistiya veriləcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG