Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:43

Talibanın əlində 83 milyardlıq ABŞ silahı ‘yoxdur’ – Qərb mediası


Pəncşir vilayətində müqavimət hərəkatının döyüşçüsü
Pəncşir vilayətində müqavimət hərəkatının döyüşçüsü

Respondentlərin 69 faizi düşünür ki, Birləşmiş Ştatlar Əfqanıstanda məqsədlərinə əsasən çatmadı.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp avqustun 30-da deyib ki, Birləşmiş Ştatların Əfqanıstandakı bütün avadanlığı, oraya xərclənmiş 85 milyard dollar qaytarılmalıdır. “The Washington Post” qəzetində Qlen Kesler bu iddianın yeni olduğunu və sağ meylli sosial mediada tirajlandığını yazır. Yəni, Talibanın ABŞ-ın 83 milyard dollarlıq silahını ələ keçirdiyi iddia olunur.

Müəllif yazır ki, 83 milyard dollar söhbəti ortaya havadan atılmayıb. Buraya Əfqanıstan ordusu və polisinə təlim keçilməsi, onların avadanlıqla, binayla təchizatının xərcləri də daxildir. Silahlar bu məbləğin bir hissəsini təşkil edir. “Hazırda heç kim Talibanın ələ keçirdiyi avadanlığın dəyərini bilmir”, – məqalədə deyilir.

83 milyard dollar necə xərclənib

82.9 milyard dollar rəqəmi Əfqanıstanın Bərpası üzrə Xüsusi Baş Müfəttişin (SIGAR) 30 iyul hesabatından götürülüb. Hesabat 2001-ci ildə ABŞ Əfqanıstanı tutandan bu ölkənin Təhlükəsizlik Qüvvələri Fonduna xərclədiyi vəsaiti əhatələyib.

Amma son illər xərclər azalırdı. 2021-ci maliyyə ilində təhlükəsizlik qüvvələrinə 3 milyard dollar ayrılıb ki, bu da 2020-ci illə eynidir.

Məqalədə deyilir ki, istənilən halda, 83 milyard dollar 20 il ərzində xərclənib, onun 19 milyard dollara yaxını isə 2002-2009-cu illəri əhatələyir. Bundan başqa, 2005-2016-cı illərdə Əfqanıstan təhlükəsizlik qüvvələrinə xərclənmiş vəsaitin 29 faizə yaxını avadanlıq və nəqliyyata gedib.

Müəllif 20 il ərzində əfqan qüvvələrə 24 milyard dollarlıq avadanlıq verildiyini və bunun 70 faizinin orduya, qalanının isə polisə çatdığını qeyd edir.

“Bu, əlbəttə ki, böyük puldur. 2005-2016-cı illərdə ABŞ vergiödəyiciləri 76 min nəqliyyat vasitəsinin pulunu ödəyib. Buraya 43 min Ford Ranger pikapları, 22 min Humvee, 900 minaya davamlı, pusqudan qorunan MRAP, 600 min silah, 200-dən çox təyyarə daxildir”, – məqalədə deyilir.

ABŞ-da ictimaiyyət Əfqanıstan qərarını dəstəkləyir

ABŞ-da yetkin yaşlıların 54 faizi hərbçilərin Əfqanıstandan çıxarılmasını düzgün, 42 faizi isə yanlış qərar sayır. “Pew” Tədqiqat Mərkəzinin avqustun 23-29-da keçirdiyi sorğunun nəticələri belədir.

Birləşmiş Ştatlar avqustun 31-də Əfqanıstandan hərbi evakuasiyanı, bununla da Amerikanın ən uzunmüddətli müharibəsini başa çatdırıb.

Respondentlərin 69 faizi düşünür ki, Birləşmiş Ştatlar Əfqanıstanda məqsədlərinə əsasən çatmadı.

İctimaiyyət Bayden administrasiyasının Əfqanıstandakı vəziyyəti idarə etməsini də geniş tənqid edib. Yalnız 26% administrasiyanın əla, yaxud yaxşı işlədiyini deyib. 29% administrasiyanın işini ortabab, 42 faiz isə pis sayır.

Respublikaçıların və respublikaçı yönümlü müstəqillərin cəmi 7 faizi administrasiyanın Əfqanıstandakı işini müsbət dəyərləndirir. Demokratların və demokrat yönümlülərin isə 43 faizi bu işi əla, yaxud yaxşı adlandırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG