Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:20

ABŞ Kabildəki diplomatlarını çıxarmaq üçün əlavə qüvvələr göndərir


ABŞ Dövlət Departamentinin sözcüsü Ned Price
ABŞ Dövlət Departamentinin sözcüsü Ned Price

Birləşmiş Ştatlar, Əfqanıstandakı diplomatik missiyasının əməkdaşlarının bir qismini evakuasiya etmək üçün Kabil hava limanına əlavə hərbi güvvələr göndərir.

Dövlət Departamentinin sözçüsü Ned Price avqustun 12-də müxbirlərə deyib ki, təhlükəsizlik baxımından Kabildəki mülki şəxslərimizin sayını ixtisar edirik.

Hazırda Əfqanıstanda sülh məramlı əməliyyatları qorumaq üçün, ABŞ-ın bu ölkədə 650-dək hərbi qüvvəsi var.

Kabil lhava limanını qorumaq üçün havadan və qurudan əlavə qüvvələr cəlb ediləcək.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin mayın 1-dən Əfqanıstandan çıxmağa başlamasından sonra Taliban hərəkatının yaraqlıları ölkə ərazisinin yarıdan çoxunu ələ keçiriblər.

Hazırda ölkədə talibançılarla hökumət qoşunları arasında döyüşlər gedir.

ABŞ prezidenti Johe Biden ordunun çıxarılmasının sentaybradək yekunlaşdırılacağını bildirib.

XS
SM
MD
LG