Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:42

Taleh Bağırov: O kitabçanın mənə aidiyyatı yoxdur


Təqsirləndirilən şəxslər üzlərini divara çeviriblər
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Təqsirləndirilən şəxslər üzlərini divara çeviriblər

►Təqsirləndirilən şəxslər üzlərini divara çeviriblər

"Məmurlar o qədər qudurublar ki, öz rəhbərlərini "oğru İlham Əliyev" adlandırırlar. Bunu mənim adımdan yazmaq nə deməkdir? Bu kitabça bütün bu işin taleyini həll eləyir ".

Bunu Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırov özü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin işi üzrə məhkəmədə deyib.

İyulun 22-də bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası davam etdirilib.

İclasın əvvəlində təqsirləndirilən şəxslər Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin məhkəmə zalına buraxılmamasına etiraz olaraq, üzlərini divara çeviriblər.

Bildiriblər ki, onlar zala buraxılana qədər aksiyanı davam etdirəcəklər. Bir qədər sonra Cəmil Həsənli və Əli Kərimli məhkəmə zalına buraxılıb.

Təqsirləndirilən şəxslərdən bir neçəsinin vəkilləri onların barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər qaldırıblar.

Buna da bax: Taleh Bağırov: 'Bandotdel'də mənə ağlasığmaz işgəncələr verildi'

“BU KİTABÇA İŞİN TALEYİNİ HƏLL ELƏYİR”

Taleh Bağırov isə bir daha iş materialları arasında olan "Hacı Tale Bağırzadənin müraciəti" adlı kitabçadan danışıb:

"İstintaq bizə 23 maddə ilə ittiham verib və bunların da hamısı o kitabçanın üzərində qurulub. Bütün tutulan adamların evindən o kitabçanı "çıxarıblar". Keçən dəfə də dedim ki, o kitabça 26 noyabrdan sonra hazırlanıb. Bu da istintaqın quramasıdı. Səhvlərlə yanaşı, orada belə bir cümlə də var: "Tale Bağırzadə deyir ki, oğru İlham Əliyevə qarşı çıxın". O kitabçanın da, bu sözün də mənə aidiyyəti yoxdur. Bu kitabça ya DTX, ya DİN, ya prokurorluq, ya Prezident Aparatında hazırlanıb. Məmurlar o qədər qudurublar ki, öz rəhbərlərini "oğru İlham Əliyev" adlandırırlar. Bunu mənim adımdan yazmaq nə deməkdir? Bu kitabça bütün bu işin taleyini həll eləyir".

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Məhkəmə iki hazırlıq iclasında vəkillərin qaldırdığı çoxsaylı vəsatətlərin heç birini təmin etməyib.

“MƏHKƏMƏ DEYİL, TAMAŞADI”

Təqsirləndirilən Abbas Hüseynov Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyasının vəsatətlərin heç birini təmin etməməsinə etirazını bildirib:

"Bu, məhkəmə deyil, tamaşadı. Siz burada YAP məmurlarını müdafiə edirsiz. Mənə birdəfəlik ömürlük verin, çıxım gedim. Mən burada sizin üçün oyuncaq deyiləm, mən məhkəməyə gəlmək istəmirəm. Deyin, məni gətirməsinlər".

Hakim ona xəbərdarlıq edib:

– Siz qaydaları pozursuz, xəbərdarlıq edirəm.

– Mən qaydaları pozuramsa, siz qanunları pozursuz, insanlara divan tutanları müdafiə edirsiz.

İş üzrə məhkəmə baxışı avqustun 3-nə təyin olunub.

2015-ci il noyabrın 26-da polisin Bakının Nardaran qəsəbəsində əməliyyatında ikisi polis olmaqla 7 nəfər həlak olub. Rəsmi media qəsəbədə dini radikal qüvvələrin kök saldığını, Nardaranda və Sabunçu polis idarəsinin qarşısında baş verən hadisələrə görə 70 nəfərin saxlandığını bildirmişdi. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.

Buna da bax: "Deməliydim ki, Nardaran hadisələrinin arxasında Əli Kərimli, Cəmil Həsənli dayanır"

"Deməliydim ki, Nardaran hadisələrinin arxasında Əli Kərimli, Cəmil Həsənli dayanır"
Gözlə

No media source currently available

0:00 0:15:09 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG