Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:35

Tale Bağırzadə adam öldürməkdə də ittiham olunur


Tale Bağırzadə
Tale Bağırzadə

►İttiham ağırlaşdırıldı

“Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırzadə qəsdən adam öldürməkdə də ittiham edilir.

Bu haqda Azadlıq Radiosuna ilahiyyatçının vəkili Cavad Cavadov məlumat verib.

*Azərbaycanda nə baş verir? TV-lər göstərmir? Biz göstəririk, abunə ol

İlahiyyatçının başqa bir vəkili Elçin Sadıqov da günün birinci yarısı Azadlıq Radiosuna müdafiə etdiyi şəxsə qarşı yeni ittihamların irəli sürüldüyünü demişdi. Ancaq o, yeni ittihamların nə olduğunu açıqlamamışdı.

Cavad Cavadovun bildirdiyinə görə isə, T.Bağırzadə həm də qəsdən adam öldürmə cinayətində ittiham olunur.

“Ona qarşı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə, gəzdirmə) maddələri ilə yeni ittiahm irəli sürülüb” - vəkil deyib.

T. Bağırzadə indiyə qədər Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 220-ci (kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham edilirdi.

Habelə, ona qarşı 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələr üzrə ittihamlar irəli sürülmüşdü.

Bunlardan başqa, ona qarşı 283-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələr ilə də ittiham irəli sürüldüyü deyilirdi.

____________________________________________________________

Bunlara da bax:
«Laçının işğalından üç ay sonra kəndə qayıtdıq»
Ombudsman Aparatı gənclərə işgəncə verilmədiyini deyir

____________________________________________________________

Vəkil Elçin Sadıqov deyirdi ki, Tale Bağırzadə ittihamları qəbul etmir.

«Taleh Bağırzadə ittihamları qəbul etmir. İttihamların hamısını uydurma və əsassız sayır», - deyə vəkil qeyd edirdi.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanıb. Həmin əməliyyat zamanı 2 polis, 5 mülki şəxs həlak olub.

Prokurorluq bildirmişdi ki, «Müsəlman Birliyi» Hərəkatına görə, ümumilikdə 70 nəfər şəxs saxlanıb. Bu 70 nəfərdən daha yüngül maddələrlə ittiham edilənlərdən bəzilərinin məhkəməsi başlanıb və iki nəfərə hökm oxunub. Onlar 2 il 6 ay həbs cəzası alıblar.

«Müsəlman Birliyi» Hərəkatı dövlət qeydiyyatından keçməyib.

Buna da bax: Tale Bağırzadə: "Bizi avtomatla qorxuda bilməzsiz"

Tale Bağırzadə: "Bizi avtomatla qorxuda bilməzsiz"
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

XS
SM
MD
LG