Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:07

Tale Bağırzadə işgəncəyə dair şikayətini geri götürdü


Tale Bağırzadə
Tale Bağırzadə

►“İşgəncə izlərinin bir qismi itdi”

"Müsəlman Birliyi Hərəkatı" təşkilatının rəhbəri, həbsdə olan ilahiyyatçı Tale Bağırzadə işgəncəyə məruz qalmasına dair şikayəti geri götürüb.

İlahiyyatçı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qalması, müdafiə hüququnun pozulması, yaxınları ilə ünsiyyətinə imkan verilməməsilə əlaqədar verdiyi şikayəti geri götürməsi barədə Nəsimi Rayon Məhkəməsinə ərizə göndərib.

Bu haqda Tale Bağırzadənin vəkili Cavad Cavadov məlumat yayıb.

"Cinayət-prosessual qanunvericiliyin tələbinə görə, bu, onun hüququdur. Mən də müdafiəçi olaraq, onun bu mövqeyindən kənara çıxa bilmərəm", - deyə vəkil bildirib.

“HƏBS OLUNANLAR OLDU”

Tale Bağırzadə fevralın 23-də Kürdəxanı təcridxanasından "Azadlıq" qəzetinə göndərdiyi məktubda işgəncə ilə bağlı şikayəti geri götürməsinin səbəbini belə izah edib:

"Məhkəməyə işgəncə ilə bağlı verilmiş haqlı və qanuni şikayət dini camiədə müəyyən ruh düşkünlüyü yaratdı. Məhkəmə uzandı və işgəncə izlərinin bir qismi itdi. Eşitdiyimə görə, son məhkəmə vaxtı məhkəmə binasının önünə gələn mömin qardaşlardan yenə həbs olunanlar oldu. Bütün bunları nəzərə alaraq, həmin verilmiş şikayəti geri götürmək qərarına gəldim. Mənə, digər mömin qardaşlara işgəncə vermiş şəxsləri Allaha həvalə edirəm. Onlara səslənirəm ki, insanlıq, insaf hissiniz zərrə qədər qalıbsa, bundan sonra bu hərəkətləri etməyin, tövbə edin. Allah tövbələri qəbul edəndir".

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

“MƏNİ HEÇ BİR İŞGƏNCƏ SINDIRA BİLMƏZ”

İlahiyyatçı əlavə edib ki, heç bir işgəncə onu sındıra bilməz: "Məni heç bir işgəncə sındıra bilməz və əhval-ruhiyyəm əvvəlki kimidir. Hər bir başlanğıcın sonu olduğu kimi, bu zülmün də sonu olacaq".

Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı tutulub. Onun barəsində ilkin istintaq dövrü üçün dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ona qarşı CM-nin 15-dən artıq maddəsilə ittiham irəli sürülüb. Baş Prokurorluğun məlumatına görə, Tale Bağırzadənin ittiham olunduğu cinayət işi üzrə ümumilikdə 68 nəfər həbs olunub.

"Müsəlman Birliyi Hərəkatı" dövlət qeydiyyatına alınmayıb.

Buna da bax...

Tale Bağırzadə: "Bizi avtomatla qorxuda bilməzsiz"
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG