Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:53

Taksi sürücüsü: 'İran vətəndaşları Azərbaycana gələ bilirlər'


Astara sərhəd-gömrük məntəqəsinin önü. 26 fevral 2020
Astara sərhəd-gömrük məntəqəsinin önü. 26 fevral 2020

Fevralın 26-sı səhər saatlarında Astara sərhəd-gömrük məntəqəsinin önündə sakitlik idi. Az adam gözə dəyirdi. Məntəqənin giriş qapısında üç-dörd nəfər vardı. Onlar, demələrinə görə, İrana müalicəyə getmək istəyirdilər. Həmin şəxslərdən biri qeyd etdi ki, hər üç aydan bir Ərdəbildə olan və onu müalicə edən həkimə baş çəkir:

«Müalicəyə gedənlər İrana buraxılır»

«Məni əməliyyat edib, ehtiyacım var. Səhərdən burdayam. Hər dəfə deyirlər ki, gözlə».

Barmaqlıqların o tayında olan sərhədçilər isə elan edirdilər ki, müalicəyə gedənlər İrana buraxılırlar. İran vətəndaşları isə müəyyən prosedurdan sonra içəriyə keçirdilər.

«Yüzlərlə İran vətəndaşı keçib»

Çıxış qapısının önündə isə adamlar toplaşmışdı. Burda müştəri gözləyən taksi sürücüləri deyirdi ki, fevralın 25-də Azərbaycan tərəfinə yüzlərlə İran vətəndaşı keçib. Taksi sürücüsünün vurğulamasına görə, onlar Bakıya gediblər.

İrandan gələn iki nəfər Pakistan vətəndaşı da taksi sürücüsünə yaxınlaşdı. Onlardan Azərbaycana nə məqsədlə gəldiklərini soruşuruq. Dedilər ki, bu, işgüzar səfərdir. Taksi sürücüsü deyirdi ki, İran və digər ölkələrin vətəndaşları maneəsiz olaraq Azərbaycana gələ bilirlər.

Mağazalar bağlıdır. 26 fevral 2020
Mağazalar bağlıdır. 26 fevral 2020

Mağazaların çoxu bağlıdır

Sərhədyanı ərazidə fəaliyyət göstərən mağazaların çoxu isə bağlıdır. Sahibkarların bəziləri koronavirus təhlükəsindən uzaq olmaq üçün mağazalarını bağladıqlarını deyiblər. Digərləri isə alver olmadığı üçün işlərini dayandırdıqlarını söyləyiblər.

Bir sakin deyir ki, İrandan daha mal gəlmir:

«Orada «rus bazarı» çöküb»

«Əslində baxsan, sərhəd bağlı deyil. Maşınlar gedib-gəlir. İrandan da gələnlərə maneə yoxdur. Bizim camaat ki, oraya alış-verişə gedirdilər, onlara icazə verilmir. Eşitmişik ki, İran Astarasında da ticarət obyektlərin çoxu işləmir. Orda «rus bazarı» çöküb».

«İndiyə kimi xəstəxanaya 143 nəfər daxil olub»

Azərbaycana keçənlərin sərhəddə koronavirus təhlükəsinə görə yoxlandıqları, şübhə doğuran adamların təcili yardım maşınları ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına göndərildikləri bildirilir. Adının çəkilməsini istəməyən bir həkimin deməsinə görə, xəstəxananın bir mərtəbəsi bu məqsədlə ayrılıb: «İndiyə kimi xəstəxanaya «Biləsuvar» və «Astara» gömrük-sərhəd keçid məntəqələrindən 143 nəfər daxil olub. Onlar xəstə deyil, sadəcə təhlükəsizlik baxımdan yoxlama aparılır. Yəqin, evlərinə buraxılacaqlar».

İranda koronavirusdan ölənlərin sayı 19 nəfərə çatdı
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

«Onların çoxu qaçıb gedib evlərinə»

Onun sözlərinə görə, xəstəxanaya gətirilənlər narazılıq edirlər: «Bu qədər adamı buraya gətiriblər, bunun yeməyi var, yatmağı var. Deyirlər ki, biz xəstə deyilik, bizi saxlayıblar burda. Onların çoxu qaçıb gedib evlərinə. Şərait olmadığına görə narazılıq edirlər».

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimindən bu deyilənlərə münasibət almaq cəhdimiz nəticə vermədi. O, suallarımıza cavab vermədən telefonu söndürdü.

Deyilənlərə, hələlik, Səhiyyə Nazirliyindən də münasibət almaq mümkün olmayıb.

Hazırda bir çox ekspertlər belə bir sual səsləndirirlər: «Virusun inkubasiya dövrü 14 günə qədərdirsə, İrandan gələn şəxslər nədən sərhəddə qısa yoxlamadan sonra ölkəyə buraxılırlar?».

Bu suala da, hələlik, rəsmilərdən cavab almaq mümkün olmayıb.

Xatırlatma

Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 2.8 minə yaxınlaşdığı bildirilir. Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır.

Artıq bu virusun Azərbaycanın sərhədlərinə də çatdığı bildirilir. İranda bir çox şəxslərin bu virusdan öldüyü vurğulanır. Hazırda bəzi ölkələr İranla sərhədi bağladıqlarını açıqlayıblar.

Azərbaycan isə, hələlik, İranla sərhədi tam olaraq bağlamayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG