Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

‘Taksi fəaliyyəti inhisaramı alınacaq’ sualına ekspert cavabı


Nazirlər Kabineti Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara, taksilərə, onların sürücülərinə, daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə və dayanacaq məntəqələrinə dair tələbləri təsdiqləyib.

Sənəd martın 4-də imzalanıb və həmin tarixdən qüvvədədir.

Həmin sənəddə taksi xidmətinə aid məsələlər sosial şəbəkə və bəzi media orqanlarında müzakirələrə səbəb olub. İndi bəziləri bu sahənin də inhisra alınacağından və taksi xidmətində də qiymətlərin bahalaşacağından narahatdırlar.

Yeni nə tələb edilir?

Yeni tələblərdə qeyd olunur ki, taksi fəaliyyətində qüvvədə olan ekoloji standartlara uyğun mühərriklə və ya elektrik mühərriki ilə təchiz edilmiş minik avtomobillərindən istifadə oluna bilər. Eyni zamanda, Avropa İqtisadi Komissiyasının təsnifatına uyğun olaraq, "B" və daha yuxarı sinif minik avtomobillərinin bu sahədə istifadəsi məqbul sayılır.

Yeni qaydada görə, üstəlik, onlarda ABS əyləc, normal daxili işıqlandırma sistemi, tam havalandırma (soyutma və istilik), sürücü və bütün sərnişinlərdən ötrü təhlükəsizlik kəmərləri olmalıdır.

Bundan başqa, taksi vasitəsi Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu ilə təchiz edilməlidir.

Habelə, bu avtomobillər ən azı "Euro-4" ekoloji standartına cavab verməli, onlarda xüsusi proqram təminatı (taksi sifarişi, SMS bildirişi) quraşdırılmalıdır.

Beynəlxalq hava limanına sərnişin daşınmasında istifadə edilən avtomobillər isə "Hava limanı taksi" fərqlənmə nişanına malik olmalıdır.

Ekspert rəyi

Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, Nazirlər Kabinetinin qəbul etdiyi sözü gedən sənəd bu sahədə bir qayda yaradılmasına hesablanıb:

“Bu tələblər təkcə taksilərə, avtobuslara yox, eyni zamanda həm də taksi və avtobus sürücülərinə, xətt sahibkarlarına, saxlama-durmaya qədər bütöv spektrə aiddir. Sözün düzü, bu tələblərin bir çoxu indi də qanunvericilikdə əksini tapır, amma bu tələblərlə düzən vermək istəyirlər”.

Ərşad Hüseynov deyir ki, ictimai nəqliyyatın, taksi xidməti təsəsrrüfatının hazırkı vəziyyəti cəmiyyəti, eləcə də dövlət qurumlarını razı salmır:

“Digər tərəfdən bu sahədə nizam yaratmaq asan deyil. Fikrimcə, indki yanaşma daha çox cəmiyyətin ictimai nəqliyyatı, taski xidmətini necə görməsi üçün gələcəyə bir növ çağırışıdır.”.

Bu tələblər adı altında “taksi xidmətinin inhisara alınması təhlükəsi ola bilərmi” sualına cavab olaraq Ərşad Hüseynov vurğulayıb ki, belə məqsəd yoxdur:

“Ona görə yox ki, istəməzlər. Ona görə ki, bu mümkün deyil. Ona görə ki, burada fərdi xidmətdən şirkət tərkibində fəaliyyət göstərməyə kimi geniş sahə var və buranı inhisara almaq çətindir”.

Ərşad Hüseynov vurğulayıb ki, hökumət bununla ölkəyə gələn xaricilərin diqqət mərkəzində olan hava limanlarında və başqa yerlərdə bir nümunəvi xidmət formalaşdırmaq istəyir.

XS
SM
MD
LG